news Image
2014.02.07
10:40
| A A A
Ölkənin baş onkoloqundan xərcəng xəstələri ilə bağlı həyəcanlı açıqlama-Eksklüziv
"Azərbaycanda onkoloji xəstələr tibbi verilişlərə dəvət olunan, telekanallarda reklam edilən əcnəbi həkimlər tərəfindən aldadılaraq xaricdə səhv müalicə edilir. Çox təəssüf edirəm ki, bizim telekanallar özümüzdə kifayət qədər savadlı süd vəzi xərçəngi üzrə mütəxəssislər ola-ola savadına görə onlardan dəfələrlə aşağı olan əcnəbi həkimləri efirə çıxardaraq reklam edir. Bu şişirdilmiş reklamların zərbəsi isə Azərbaycandakı onkoloji xəstələrə dəyir. Həmin xəstələr o reklamlara aldanaraq bir ətək pul töküb sonucda çarəsiz vəziyyətdə bizə üz tuturlar. Bunun qarşısı alınmalıdır".
Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib. A. Kərimli bildirib ki, Azərbaycandakı özəl klinikaların ölkəyə gətirdikləri onkoloji sahə üzrə həkimlərin çoxu öz ölkələrində tanınmayan savadsız həkimlərdir: "Bu reklamlardan sonra onkoloji xəstələr özəl klinikalarda həmin əcnəbi  həkimin qəbuluna düşmək üçün növbəyə yazılırlar. Əksər hallarda həmin xəstələr həkimin məsləhəti ilə xaricdə müalicəyə cəlb olunur. Çünki, Azərbaycanda özəl klinikalarda onkoloji xəstəliklərin müalicəsi üçün əlverişli şərait yoxdur. Həmin həkimlərin sözünə aldanıb xaricə gedən xəstələrin çoxu fəsadlarla, ağırlaşaraq geri qayıdır. Yenidən öz həkimlərimizə müraciət edirlər ki, artıq gec olur. Ona görə, də telekanalar reklam gəlirləri naminə xüsusilə onkoloji xəstəliklərin müalicəsi üzrə həkim məsləhəti verəndə diqqətli olmalıdırlar. Çünki belə hallar nəticədə onkoloji xəstəliklərdən Azərbaycanda ölüm statistikasına təsir edir. Azərbaycanda onkoloji xəstələrə yaradılmış şərait avropa məkanında üç-dörd yerdə var. Düzdür, güclü, işinin peşəkarı olan dünyaca ünlü həkimlər, cərrahlar var. Amma onlar başqa ölkələrə gedib xəstə axtarmırlar. Çünki onlar artıq özlərini təsdiqləyiblər".