news Image
2012.06.07
11:37
| A A A
Bakıda beynəlxalq konfrans keçiriləcək

Movqe.Az xəbər vrir ki, Bakıda "Azərbaycan və NATO əlaqələri Çikaqo Sammitindən sonra Perspektivlər üçün yeni imkanlar" adlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə Movqe.Az-a Azərbaycan Hüquqşünasları Konfederasiyasından xəbər verilib. Qurum sözçüsünün fikrincə, konfrans 8 iyun 2012-ci il tarixində saat 9.30-da Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun konfrans öz işinə başlayacaq.

Beynəlxalq konfrans Azərbaycan Hüquqşünasları Konfederasiyası, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının İnsan Hüquqları Elmi Tədqiqat İnstitutu, Avrasiya Hüquqşünaslar Assosiasiyası, NATO-nun İctimai Diplomatiya Bölməsi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə keçiriləcək.

Konfransa sədrliyi Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Əli Hüseynli edəcək. Həmçinin, İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, Rumıniyanıın Azərbaycan Respublikasındakı səfiri Daniel Cristian Ciobanu çıxış edəcəklər.

Konfransda müxtəlif sessiyalar üzrə fəaliyyət bölmələr, Milli Məclisin deputatı, Azərbaycan Hüquqşünasları konfederasiyasının İdarə Heyətinin üzvü Qüdrət Həsənquliyev, Milli Məclsiin deputatı, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü Fazil Mustafa, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü, Əliməmməd Nuriyev, Təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli moderatorluq edəcəklər.

Sessiyalar üzrə müxtəlif mövzular üzrə, NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Villiam Lahue, Milli Məclisin deputatı Zahid Oruc, NATO İctimai Diplomatiya Bölməsinin Əməkdaşlıq şöbəsinin rəhbəri Mişel Duray, ABŞ Hərbi Dəniz məktəbinin eksperti James Cook və Thomas Fedyszyn, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmaları Mərkəzinin rəhbəri Cəsur Sümərinli, Təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli ekspert qismində çıxış edəcəklər.

Konfransda dövlət qrumlarının nnümayəndələri, Milli Məclisin deputatları, NATO rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs