Əlaqə Arxiv
news Image
2014.02.08
20:14
| A A A
Rəsul Quliyevdən daha kəskin İTTİHAM
"Cəmil Həsənlinin az-çox hörməti vardı, onu da vurdu yerə" Eks-spiker Rəsul Quliyev müxalifəti tənqid edən növbəti və daha kəskin ittihamlarla çıxış edib. Movqe.az-ın məlumatına görə, Rəsul Quliyev sosial şəbəkədəki çıxışında Milli Şuranı AXCP-nin filialı hesab etdiyini qeyd edib: "Milli Şuranın AXCP-nin filialı olduğu artıq sirr deyil. Cəmil Həsənli yaxşı olardı ki, şələ-şüləsini yığışdırıb Əli Kəriminin yanından uzaqlaşsın. Az çox hörməti var idi, onu da Milli Şurada vurdu yerə".
Eks-spiker Müsavat Partiyasının yeni koalisiya yaratması ehtimalına da münasibətini bildirib. Onun fikrincə, adları müxtəlif, fəaliyyətləri isə eyni olacaq qurumların yaradılması sadəcə, gündəmdə qalmaq üçün atılan blef addımlardır: "İndi də Milli Şuradan kənarda koalisiya yaratmaq istəyirlər. Guya burada Milli Şuradan artıq nə isə əldə edəcəklər. Bunlar həqiqətən də çox yazıq və pis gündədirlər. Adam utanmasa bunlara baxıb göz yaşı tökər".
Sizin Reklam Yeriniz