Əlaqə Arxiv
news Image
2014.02.09
17:00
| A A A
Söyün Sadıqov: “Azərbaycanda normal müxalifət yoxdur”
"Hər bir ölkədə müxalifət var, çünki heç bir hakimiyyət hamını eyni qaydada razı sala bilməz. Kimsə hakimiyyətdən razıdır, kimsə narazıdır, bunlar normal şeylərdir. Ən əsası müxalifət radikal yox, konstruktiv olmalıdır. Müxalifətin hakimiyyətdən daha yaxşı, real proqramı olmalıdır". Bunu AzNews.az-a Rusiya prezidenti Vladimir Putin səlahiyyətli nümayəndəsi, Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin prezidenti və "Milyarderlər İttifaqın"nın təsisçilərindən biri olmuş Söyün Sadıqov bildirib. Azərbaycan müxalifətinin bugünkü durumu ilə bağlı fikirlərini bölüşən S.Sadıqovun sözlərinə görə, ancaq real proqramı olduğu təqdirdə müxalifəti əsl müxalifət hesab etmək olar: "Ancaq bu halda onlara müxalifət demək olar. Yoxsa hər şeyin yalnız pis olduğunu qışqırıb, əslində, nəyin pis olduğunu bilməyənlərə müxalifət demək olmaz. Azərbaycanda da Rusiyadakı kimi normal müxalifət yoxdur. Eyni simalar, eyni etirazlardır".
Sizin Reklam Yeriniz