news Image
2014.02.11
19:43
| A A A
Ərdoğan Türkiyədən qovulan jurnalistdən danışdı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Zaman Today" qəzetinin Azərbaycandan olan müxbiri Mahir Zeynalovun ölkədən deportasiya edilməsi ilə bağlı məsələyə münasibət bildirib. Baş nazirin sözlərinə görə, M. Zeynalovun ölkədən niyə deportasya edilməsinin onunla ilə heç bir əlaqəsi yoxdur: "Deyirlər ki onu bizin iqtidar ölkədən qovub. Bunlar yalandır". Baş nazir ölkədəki jurnalistlərlə Mətbuat və İnformasiya Qurumunun məşğul olduğunu bildirib: "Qurum sizə press kartı verər yaxud verməz, bu onun ixtiyarındadır. Əgər o jurnalist mənimlə bağlı "Tvitter"də nəsə yazıbsa da, mən bundan xəbərdar deyiləm. Mənim boş vaxtım yoxdur ki, tvitlərlə məşğul olum".