news Image
2011.11.23
20:10
| A A A
Xocalı soyqırımı ilə bağlı yeni şok faktlar üzə çıxır

Xocalı hadisəsinin ciddi tədqiqatlara ehtiyacı var, məsələ araşdırıldıqca yeni faktlar meydana çıxır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi Xocalı hadisələri haqqında əldə etdiyi yeni məlumatlardan çıxış edərək bu qənaətə gəlib. "Bu hadisənin araşdırılmasında, Qarabağın işğalında iştirak etmiş erməni yazıçısı Zori Balayanın Qarabağ haqqında xatirələri, general Arkadi İvanoviç Ter-Tadovesyanın Qarabağdakı cinayətkar fəaliyyəti, Qarabağ hadisələrində iştirak etmiş digər ölkələrin vətəndaşlarının xatirələri və eləcə də Rusiyanın Müdafiə Nazirliyinin arxivi tədqiqat obyekti ola bilər".

İctimai Birliyin sədri Faiq İsmayılovun sözlərinə görə, Xocalı şəhərinin işğalında iştirak etmiş rus zabiti Vladimir Vardanovun İrəvan şəhərində çap olunan "Şuşi" jurnalına 2006-cı ildə verdiyi müsahibədə Ermənistan Dağlıq Qarabağın hava dəhlizinə nəzarəti ələ keçirmək üçün Xocalı üzərinə hücumu hələ 1989-cu ildən planlaşdırdığını deyib.

"Belə ki, 1989-cu ilin dekabrında erməni zabitlər Baqdasar Gevorkyan, Vano Siraderyan və Samvel Şarinyan rus zabiti Vladimir Voronovla danışıqlar apararaq, onu Sovet ordusunun xüsusi təyinatlı briqadalarında xidmət keçmiş könüllülərdən ibarət xüsusi təyinatlı qrup təşkil etməyə və bu qrupla Xocalıya hücum etməyə razı salıblar. Çünki Vladimir Varonov, eyni zamanda Ermənistandan azərbaycanlıların qovulmasında da Ermənistan hökumətinə muzdlu döyüşçü kimi xüsusi xidmət göstərmişdi".

"Varonov etiraf edir ki, qrupun erməni əsgərləri azərbaycanlı əhalinin güllələnməsində xüsusi qəddarlıq nümayiş etdirirdilər. Öldürməkdən gözləri doymayan erməni əsgərlər köməksiz insanların əsir götürülməsinə hər vəhclə mane olmağa çalışırdılar. Onlar bu dinc insanları öldürməkdən sanki həzz alırdılar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs