Əlaqə Arxiv
news Image
2012.06.08
19:16
| A A A
Ərdoğandan İsrailin embarqosuna rest!

Movqe.az saytı xəbər verir ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, İsrail rəhbərliyinin Türkiyəyə yönələcək turizm boykotunun, iqtisadiyyata təsir etməyəcəyini ifadə edərək: "İsrailli turistlərə ehtiyacımız yoxdur" – deyib.

O bunu İsrailin "Maariv" qəzetindəki şərhində açıqlayıb. Türkiyəyə keçən il 31 milyon turistin gəldiyini xatırladan Ərdoğan: "İsrailli turistlərə ehtiyacımız yoxdur. Keçən il ölkəmizə 31 milyon turist gəldi. Turizm boykotu Türkiyə iqtisadiyyatına təsir etməz" - deyib.

Ərdoğan, "Türkiyə-İsrail əlaqələrinin düzəlməsi üçün hansı addımlar atılmalıdır?" – sualına:  "Türkiyə-İsrail əlaqələrinin düzəlməsi üçün İsrailin üç addım atması lazımdır. Birinci addım, Mavi Mərmərə gəmisindəki basqın üçün üzr istəməlidir. İkinci addım, gəmidə öldürülənlərin ailələrinə təzminat ödəməlidir. Üçüncü addım isə Qəzzaya tətbiq etdiyi mühasirəni qaldırmasıdır" – deyə, cavablandırıb. 

İsrail Terrorla Mübarizə Dairəsi, martın 13-də İsrail vətəndaşlarını Türkiyəyə səfər etməmələri barədə xəbərdar edib.

Sizin Reklam Yeriniz