Rusiya Arktikaya qoşun yeridir
2014-cü ilin sonuna kimi Rusiyada Şimal donanmasının tərkibində
yeni qurum - Birləşmiş Strateji Komandanlıq yaradılır. Movqe.az-ın
Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya silahlı
qüvvələrinin Baş Qərargahının yüksək çinli təmsilçisi məlumat
verib. "Rusiya ordusunda Şimal donanmasınün gücləndirilməsi və quru
qoşunlarının Arktika briqadalarının, bəzi hərbi-hava qüvvələri və
havadan müdafiə hissələrinin ona verilməsi hesabına yeni qurum
yaradılır", - deyə Rusiya ordusunun Baş Qərargahından bildirilir.
Bundan başqa, mənbə bildirib ki, hazırda sənədlərin fəal işlənməsi
gedir ki, yeni qurum ilin sonuna kimi işləməyə başlasın. Xatırladaq
ki, Rusiya Arktikada tapılmış yeni neft yataqlarına iddialıdır və
buna görə də oradakı hərbi mövcudluğunu artırır. Bu isə qərb
dövlətlərini, xüsusilə də Amerikanı narahat edir.