news Image
2012.06.12
10:35
| A A A
ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaza səfəri başlayıb
ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmorun Cənubi Qafqaz bölgəsinə səfəri başlayıb.
APA-nın xəbərinə görə, iyunun 11-də E. Gilmor Ermənistana gedib. Bu gün o, Ermənistan rəhbərliyi ilə görüşdükdən sonra Gürcüstana yollanacaq. Nazir iyunun 13-də Bakıya gələcək.
Səfər zamanı E. Gilmor rəsmi şəxslərlə yanaşı, siyasi partiyaların liderləri ilə də görüşlər keçirəcək. Görüşlərdə ATƏT-in bölgədə fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, Gürcüstandakı münaqişələr və digər məsələlər müzakirə olunacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs