Əlaqə Arxiv
news Image
2012.06.12
13:11
| A A A
Ermənilər təzminat və 19 vilayət istəyir

Movqe.az xəbər verir ki, Türkiyənin "Vatan" qəzetinin yazarı Uğur Koçbaş, Ermənistanın ən radikal partiyası hesab edilən Daşnaküstyun Partiyasının beynəlxalq əlaqələr sektorunun rəhbəri Giro Manoyanlə görüşüb. Müsahib Türkiyəyə qarşı bir çox tələblərlə çıxış edib. Pariya rəsmisini əməlli başlı sıxan müxbir belə yazır: "Manoyan, Türkiyə ilə yenidən əlaqə yaratmağa hazır olduqlarını söyləyincə soruşdum: Hər 24 apreldə partiyanızın tərəfdarları türk bayrağını yandırarkən həqiqətən Türkiyə ilə yaxınlaşmağa niyyətiniz varmı?

Verdiyi cavab səmimi oldu. Daşnaküstyun Partiyasının siyasətinin bayraq yandırmaq olmadığını, özlərinin diplomatik əlaqəyə isti baxdıqlarını söylədi. Ancaq bu əlaqənin qurulmasının ardından gələcək tələbləri açıqlamaqdan da çəkinmədi:

1) Soyqırımı tanıyın. 2) Həyatını itirən ermənilər üçün təzminat ödəyin. 3) Köçürülmədən öncə erməni əhalinin sıx olduğu 6 vilayətin idarəsini Ermənistana verin. (Vilayəti Sittə olaraq da bilinən 6 vilayət bu günki coğrafi sərhədlər/məhdudlaşdırar nəzərə alındığında bu elləri əhatə edir: Ərzurum, Erzincan, Ağrı, Van, Hakkari, Bitlis, Muş, Şırnak, Batman, Siirt, Diyarbəkir, Mardin, Elazığ, Malatya, Bingöl, Sivas, Amasya, Tokat və Giresunun bir qisimi.)

ABİDƏDƏ 2015 ÜÇÜN HAZIRLIQ BAŞLADI

Ermənilər üçün "Soyqırım Abidəsi" çox müqəddəs bir məkandır. Məktəblilər buralara gəlir, din adamları davamlı ayinlər icra edir. 2015-ci ildəki 100-cü il anım mərasimi üçün də geniş miyaslı hazırlıqlar gedir. Abidənin yanındakı muzeyin ölçüsünün 3 dəfə artırılması planlaşdırılır.

Sizin Reklam Yeriniz