Əlaqə Arxiv
news Image
2012.06.12
13:49
| A A A
Eks-prezidentlərin təminatı haqqında konstitusiya qanunu qəbul olundu
Bu gün Milli Məclisin növbədənkənar iclası öz işinə başlayıb. Lent.az-ın verdiyi məlumata görə, iclasda "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" konstitusiya qanunu layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Konstitusiya qanunu olduğu üçün 6 aydan sonra qanun ikinci, sonuncu dəfə müzakirəyə çıxarılıb.
Daha sonra səsvermə keçirilib və qanun qəbul edilib.
Sizin Reklam Yeriniz