Əlaqə Arxiv
news Image
2012.04.06
03:16
| A A A
Bəzi xarici qüvvələr Azərbaycanın uğurlarından qıcıqlanırlar
“Onlar anlamalıdırlar ki, Azərbaycanda insan hüquqları ilə bağlı problemlərdən danışarkən yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasından söhbət getməlidir”

Cənubi Qafqaz regionunda böyük marağı olan bəzi xarici qüvvələr Azərbaycanın qısa müddətə bütün sahələrdə əldə etdiyi uğurlarından qıcıqlanırlar. Bunu SalamNews-a Milli Məclisin sədr müavini Bahar Muradova "Amnesty İnternational"ın Azərbaycanla bağlı keçirdiyi sorğunun nəticələrinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, həmin qüvvələr Azərbaycana təzyiq etməyə Azərbaycan dövlətinin müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Demokratiya, insan haqları onların qorunması bütün dünya ölkələrində yekunlaşmış məsələ deyil. Bu, birprosesdir sonu yoxdur.

B.Muradova deyib: "Ölkəmizə qarşı yönələn bu addımlar müəyyən beynəlxalq qeyri-hökumət təşkilatların vasitəsilə atılır. Belə təşkilatların qərəzli münasibətləri hesabatları çox gülünc doğurur. Onlar anlamalıdırlar ki, Azərbaycanda insan hüquqları ilə bağlı problemlərdən danışarkən yalnız qaçqın məcburi köçkünlərin hüquqlarının bərpasından söhbət getməlidir. Azərbaycan haqqında hesabatlar hazırlayan beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə qaçqın məcburi köçkün olan insanların torpaqlarında yaşamaq hüququnun qorunması məsələsi yer almır. Bu qüvvələr yalnız hansısa formada Azərbaycanın demokratik inkişafa, insan hüquqları sahəsində vəziyyətə, bir sözlə, ölkəmizin təmiz imicinə zərər gətirməyə çalışırlar". Parlament sədrinin müavini bildirib ki, Azərbaycanda siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətin beynəlxalq birliyə tam hüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının əsas məqsədi insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olub

Sizin Reklam Yeriniz