news Image
2012.06.12
15:43
| A A A
Şengen vizası ləğv oluna bilər
Şengen ölkələri öz sərhədlərinə çəkilmək istəyirlər

Maliyyə böhranından nəfəs almağa imkan tapmayan Avropa başqa bir məsələni də gündəmə gətirib. Söhbət Şengen zonasına daxil olan ölkələrin yenidən öz sərhədlərinə çəkilməsi və fərdi passport yoxlaması proseduruna başlamasından gedir. Əslində bu barədə Fransanın keçmiş prezidenti Nikolya Sarkozi ilk dəfə fikir irəli sürmüşdü. Lakin seçkilərdə məğlun olan Sarkozinin buna zamanı çatmadı və məsələ zahirən unudulmuş görkəmi aldı. Artıq bu gün isə demək olar ki, bütün AB ölkələri öz sərhədlərində fərdi pasport yoxlanışı təklifini dəstəkləyir. Avropalı rəsmilər Birliyin ciddi reformalar keçirmədən yaşaya bilməyəcəyini bildirirlər. Və nə qədər qəribə görünsə də bunlardan biri sərhədlərin "qapısına qıfıl vurmaq"dır. Qəribəlik isə ümumi Avropa evini xilas etmək üçün onu yenidən hissələrə ayırmaq görüntüsüdür. Düzdür, rəsmilər bu addımı yalnız fövqəladə hallarda atılacağını deyirlər.

Manuel Vals, Fransanın xarizi işlər naziri: "Bu tədbir yalnız ekstremal hallarda həyata keçirmək üçün nəzərdə tutlur"

Amma, hər ölkənin özünün qərar verəcəyi halda belə fövqəladə halların "adi" hala çevriləcəyi gözləniləndir. Hər bir ölkə lazım biləcəyi halda qapılarını bağlayıb özünün müəyyən etdiyi müddətə sərhəd yoxlama prosesinə başlaya bilər. Ekstremal hallarardan biri kimi məsələn "ərəb baharı" hadisələrindən sonra Avropaya axışan minlərlə qaçqından gedir. Məlumdur ki, həmin axın daha çox İtaliya və Yunanıstan ərazisindən keçərək AB dərinliklərinə uzanır. Fransa və Almaniya qərarı dəstəkləməkdə bu amilin rolunu önə çəkirlər. Amma əksəriyyətin, məsələn skandinaviya ölkələrinin qərarı dəstəkləməkdə əsasları fərqlidir. Onlar AB-yə daxil olduqdan sonra özlərinə "bir köynək də yaxınlaşan" qonşularından qorunmağı düşünürlər. Norveçin xarici işlər nazirliyinin hesabatında deyilir ki, ölkədə törədilən əksər cinayətlərin səbəbkarları Latviya, Litva, Estoniya vətəndaşlarıdır. Beləliklə, hər iki və ona bənzər digər kiçik səbəblərin ciddiliyi vadar elədi ki, Şengenə daxil olan bütün 26 ölkə Birlik daxilində reformaların keçirilməsini təsdiqləsin. Amma, əleyhdarlar da var.

Sesilya Malmstrem, daxili işlər üzrə Avropa komissarı: "Bu hərəkət inteqrasiya yolunda Ümumi Avropanın nailiyyətlərini ciddi təhlükə altına salacaq"

Həmkarının bu fikrini Avropa Parlamentinin sədri Martin Şults da dəstəkləyir. O sərhədlərin müvvəqəti və ekstremal hallarda olsa belə bağlanmasınıın qəti əleyhinədir. Maraqlıdır ki, strukturun tələbinə görə qərarın qəbulunda bu iki şəxsin təmsil olunduqları qurumların razılığı mütləqdir, əks halda onun qəbul olunması sadəcə mümkün deyil.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs