news Image
2014.03.06
10:17
| A A A
Avropa Birliyi hesabı dondurulacaq Ukrayna məmurlarının siyahısını açıqlayıb

Avropa Birliyi hesabı dondurulacaq Ukrayna məmurlarının siyahısını açıqlayıb.


RİA Novosti agentliyinin verdiyi xəbərə görə, siyahı iqtisadi sanksiyaların tətbiqi haqqında AB Şurasının qərarının qoşmasında dərc edilib.

 

Siyahıda aşağıdakı şəxslərin adları salınıb:  Viktor Yanukoviç, onun oğulları Aleksandr və Viktor Yanukoviçlər, sabiq daxili işlər naziri Vitaliy Zaxarçenko, sabiq baş prokuror Viktor Pşonka və onun oğlu Artyom, sabiq təhlükəsizlik xidmətinin başçısı Aleksandr Yakimenko, sabiq baş nazir Nikolay Azarov və onun oğlu Aleksey, prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyev və onun qardaşı Sergey, prezident administrasiyası rəhbərinin sabiq müavini Andrey Portnov, sabiq ədliyyə naziri Yelena Lukaş, sabiq daxili işlər nazirinin müavini Viktor Ratuşnyak, iş adamı Sergey Kurçenko, sabiq təhsil və elm naziri Dmitriy Tabaçnik, sabiq səhiyyə naziri Raisa Boqatıryova və Viktor Yanukoviçin sabiq müşaviri İqor Kalinin.