news Image
2012.06.13
17:28
| A A A
Məclisdə məhbus vəkil böhranı

Movqe.az xəbər verir ki, TBMM-da daha əvvəllər tribunada qırdığı stəkanla gündəmə gələn Hasip Kaplan bu dəfə stəkanı qıra bilməyib.

TBMM Ümumi heyətində "AK Parti"nin qrup təklifinin görüşmələrində mühit yenə gərginləşib.

Ümumi Məclis heyətində "məhbus vəkillər" gərginliyi yaşanıb. Bundan öncə kürsüdə stəkan qıran BDP-li Hasip Kaplana mövzuyla əlaqədar çıxışı zamanı söz atılıb. O yenə əsəbləşərək stəkanı masaya vurub.

H.Kaplan hələ keçən dekabrda qanun müzakirəsində stəkanı masaya vuraraq sındırmışdı.

Bu dəfə isə BDP Qrup sədr müavini H.Kaplan, "AK Parti"nin "bəzi qanunların müzakirəsinin önə alınması" – təklifi ilə söz alıb. Mövzunu məhbus vəkillərə gətirən H.Kaplan sərt tənqidlər səsləndirib.

Kaplanın qışqıraraq danışması arxa sırada əyləşən "AK Parti"nin Kütahya Millət vəkili Soner Aksoy "Qışqırma, həmişə belə edirsən" - deyərək söz atıb.

H.Kaplan, S.Aksoya: "Danışma, tərbiyəsizin biri. Sənin xasiyyətin budur. Məhbus millət vəkilləri varkən necə hörmətsizlik, tərbiyəsizlik edə bilərsən, utanmaz. Sende vicdan yoxdur" - deyə qışqırıb.

Səs tonununu yüksəldərək danışığını davam etdirən H.Kaplan, bu sırada kürsüdəki stəkanı da stola vurub. Ancaq bu dəfə stəkan sınmayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs