Əlaqə Arxiv
news Image
2012.04.06
13:06
| A A A
Ermənilər özlərini bədbəxt hiss edirlər
BMT-nin hazırladığı hesabat belə deməyə əsas verir

Planetin ən xoşbəxt sakinləri Şimali Avropada yaşayır. Bu barədə məlumat qurumun hazırladığı hesabatda öz əksini tapıb.  Dünyanın ən xoşbəxt sakinlərinin yaşadığı ölkələr sırasında ilk pillələrdə Danimarka, Finlandiya, Norveç, Niderland və Kanada qərarlaşıb. Dünyanın ən xoşbəxt sakinlərinin yaşadığı ölkələrinin siyahısının ən alt qatında isə qonşu Gürcüstan qərarlaşıb. Ermənistanda da xoşbəxt şəxslərlə bağlı vəziyyət ürəkaçan deyil. Bu dövlət sondan üçüncü pillədə qərarlaşıb. Azərbaycan siyahının üst pillələrində yer almasa da qonşularını qabaqlamağa müvəffəq olub.  BMT-nin sorğusunda iştirak edənlərdən yaşayış səviyyələrinin qane olub-olmamaları soruşulub. Hesabata həmçinin "Ötən gün çoxmu gülümsəmisiniz?" kimi sual daxil edilib.


Sizin Reklam Yeriniz