news Image
2012.04.06
12:14
| A A A
İctimai Palatanın mitinqi səmərəsiz olacaq
“Həmin müxalifətin irəli sürdüyü şüarlar, iddialar heç nəyə, heç bir proqrama söykənmir”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İctimai Palatanın 8 aprel aksiyasının heç bir səmərəsi olmayacağını hesab edir. "Onların tədbirlərinin heç bir effekti olmayacaq. Ona görə olmayacaq ki, bu gün ölkə prezidentinin siyasətini əksəriyyət müdafiə edir, müxalifətinsə siyasi aksiyalarına əhali dəstək vermir və verməyəcək", - bunu Trend-ə YAP icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, çünki həmin müxalifətin irəli sürdüyü şüarlar, iddialar heç nəyə, heç bir proqrama söykənmir, yalnız və yalnız ayrı-ayrı özünü siyasətçi adlandıran müxalifətçilərin suyun üzündə qalmasını göstərməyə cəhddən başqa bir şey deyil. Mübariz Qurbanlı qeyd edib ki, onların sosial bazası yoxdur və keçirdiyi tədbirlər də çox sönük və mənasız tədbirlər silsiləsindəndir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs