news Image
2012.06.19
13:52
| A A A
Putin və Obamanın Los Cabosda görüşü yaxşı keçib

Movqe.az-ın radiomayak.ru saytına istinadən verdiyi xəbərə görə, Vladimir Putinin və Barak Obamanın "İyirminci" sammiti ərəfəsində Meksika şəhəri Los Cabosda görüşü çox müsbət keçib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün açıqlayıb. Onun sözlərinə görə, prezidentlər mübahisəli məslələrdən yayınmırdılar və qeyd edirdilər ki, bu uyğunsuzluq  ikitərəfli əlaqələrin inkişafına mane olmamalıdır.

Peskov deyib ki, liderlər çoxəhatəli məsələləri müzakirə ediblər. Suriya, Rusiya və ABŞ-dakı vəziyyətin müzakirəsində razılığa gəlinib, Suriyadakı münaqişənin həlli üçün ona hər iki tərəfdən təzyiq etmək lazımdı.

Peskov açıqlayıb ki, Rusiya Suriyaya vertalyotlar satmır, sadəcə köhnə texnikanı təmir edir. Mətbuat katibinin sözlərinə görə, Moskva və Vaşinqtonun strateji planında İranın nüvə proqramına dair ciddi fikir ayrılıqları yoxdur. Həm Putin, həm də Obama nüvə silahlarının yayılmasının yolverilməzliyi barədə danışıblar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs