news Image
2012.06.22
10:52
| A A A
Qarabağ müharibəsi Avropanı qorxuya salıb
Mümkün savaşın Balkan müharibəsini də kölgədə qoyacağı bildirilir

Qarabağda mümkün müharibə Avropa ölkələrini ciddi surətdə narahat etməkdədir. Bunu Avropa məsələlərinin işıqlandırılması üzrə "Euractiv.com" saytında Avropa Parlamentinin üzvü Çarlz Tennokun məqaləsindən də aydın görmək olar. "Avropanın Qafqazdakı gərginliyə riskli dözümlülüyü" məqaləsində o yazır ki, Avropa öz şərqdəki qonşuları arasında 10-dan artıq adamın ölümünə bais olmuş bu yaxınlardakı qarşıdurmaya tolerant yanaşıb: "Hərçənd ki, Qafqazdakı müharibənin gözlənilmədən aktiv mərhələyə keçmə ehtimalının real olmasını 2008-ci ildəki Cənubi Osetiyadakı olaylar təsdiqləyib". Məqalədə Gürcüstanla Rusiya arasında müharibə misal çəkilsə də Azərbaycan-Ermənistan qarşıdurmasının dağıdıcı potensialının qat-qat yüksək olduğu bildirilir.

əllif bildirir ki, Azərbaycanla Ermənistan paytaxtlarına raketlə bombalar yağdırılması ilə yanaşı ən mühüm mülki infrastrukturlar yerlə yeksan edilə bilər. Bu səpkidə ixrac kəmərləri, habelə Xəzər sahillərindəki neft infrastrukturunun raket zərbəsi dairəsində olduğu qeyd olunur: "Xüsusən ölkələr müstəqilliyin qazanmasından keçən 20 il ərzində əldə etdikləri müsbət nailiyyətləri itirə bilər. Qarabağı 10 gün ərzində azad etməyə qadir olduğunu bəyan edən Azərbaycan Türkiyə, Ermənistan isə Rusiya tərəfindən dəstəklənir. Azərbaycandakı hərbi çağırışlar və Qafqaza beynəlxalq sülhməramlı qüvvələrin gətirilməsi perspektivindən narahat olan İranla Bakının münasibətləri gərgin qalır. Gürcüstanda 2008-ci ildəki müharibədən sonra yeni münaqişə təqdirində Rusiya qoşunlarının Qafqaza yeridilməsi ehtimalından ehtiyat edilir.

Mürəkkəb yerli coğrafiya və zəngin təbii ehtiyatlara malik regionda müharibə aparan qoşunların hansı mövqelərdə dayanacağını demək mümkün olmasa da, münaqişə insan faciəsi və iqtisadiyyata təsiri baxımından Balkan müharibəsindən bu yana baş verənləri kölgədə qoyacaq. Azərbaycanın neftlə qaz təchizatının kəsilməsi dünya bazarlarında xam neftə qiymətlərin artmasına səbəb olaraq qlobal iqtisadı canlanma ilə bağlı cücərən ümidlərə son qoymuş olacaq.

Avropa tərəfləri təmkinliyə çağırmaqdansa konkret addımlar atmalıdır, əks təqdirdə insan fəlakəti nəticəsində bölgədən yeni qaçqın axını o cümlədən çətin iqtisadi durumda olan Avropaya üz tuta bilər".

2004-2006-cı illərdə ABŞ-ın Ermənistanda səfiri olmuş Con Evans isə bildirir: "Böyük qüvvələr tərəfləri bir araya gətirə, yol göstərə, hətta prosesə təsir edə bilər, ancaq əsas qərarlar cəmiyyətlərdən asılıdır. İnanmıram ki, nə Azərbaycan, nə də Ermənistan xalqları özlərini buna hazır görürlər". Onun fikrincə, sülhə sadiq qalaraq hamının razı qala biləcəyi anlaşmaya doğru təmkinlə irəliləmək hazırda seçilmiş ən məqbul yoldur. Ancaq bu uğurdursa, onu Minsk Qrupunun ayağına yazmaq lazımdır.

Səfir Evansa görə, əslində işə köklü yanaşma hələ əvvəldən - müharibənin ilk illərində səhv olub, belə ki, o zaman Qərb, xüsusilə ABŞ Sovetlər ittifaqının məhz bu hissəsində problemlərin həlli missiyasını ATƏT-ə həvalə etdi. Halbuki, məsələn, keçmiş Yuqoslaviyada daxili ixtilafların həllində Vaşinqton önəmli rola malik idi.1992-ci ildə yaradılmış Minsk Konfransı isə tərəfləri barışığa məcbur etmək deyil, barışıq üçün mühit yaratmağa xidmət edir: "Hətta ötən əsrin dünya müharibələri beynəlxalq münasibətlərdə ümumi etimadsızlıq mühiti yaratsa da, bunu dəf etmək, məsələsi Avropanın timsalında mümkün oldu. Qarabağ nizamlamasında isə bizim həm inama, həm də işlək mexanizmə ehtiyacımız var".

Qərbin səhvləri sırasında isə1994-1997-ci illərdə Bakıda səfir çalışmış, hazırda isə George Mason Universitetində terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizə proqramının direktor müavini Riçard Kozlariç Kosovo amilini və Rusiyanın regional ambisiyalarının diqqətdən qaçırılmasını qeyd edib.

Belə ki, ABŞ Kosovonun müstəqiliyini tanımaqla, Moskvanın Gürcüstanda aqressivləşməsinə şərait yaratmış oldu: "Ancaq regional oyunçular istəsə, problemin həllinin sürətlənməsinə də mümkün rol oynaya bilər. Məsələn, Türkiyə-Ermənistan yaxınlaşması və Rusiyanın Cənubi Qafqazda ambisiyalarından çəkilməsi sülhü tezləşdirərdi. Ola bilsin, Moskva üçün Dağlıq Qarabağa sülh gətirməkdənsə, sülh mühitinin qorunub saxlanması daha cəlbedici görünür, belə ki, regional barışıq Bakı-İrəvan-Ankara əməkdaşlığını çiçəkləndirərdi ki, bu isə Rusiyaya daha az şey vəd edir". Cənab Evans isə Moskvanın təşəbbüsü ilə son iki ildə keçirilən sülh dialoqlarını yada salıb.

Onun fikrincə, Kreml üçün regional əslində böhran qorxusu da təhlükə olaraq qalır, belə ki, bu halda, Rusiyanın əsas müttəfiqi Ermənistana və Qafqazın müxtəlif hissələrində vətəndaşlarına çıxışı təhlükə altına düşə bilər: "Odur ki, beynəlxalq güclər, xüsusilə ABŞ və Rusiya bölgədə uzunmüddətli əməkdaşlıq imkanları tapmalı, bir-birilərini inkar etməməlidir. Əks halda Qarabağda yeni müharibə, özü ilə regional dağıntılar gətirə bilər ki, bu da həm Qərbin, həm də Rusiyanın maraqlarına böyük zərbədir. Yeni müharibə əvvəlkindən daha dağıdıcı və ən faciəlisi olacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs