Əlaqə Arxiv
news Image
2012.06.22
19:16
| A A A
Putindən Türkiyəyə təşəkkür

Movqe.az xəbər verir ki, Putin, Cənub Axın təbii qaz boru xəttinin öz iqtisadi sahəsindən keçməsinə icazə verdiyi üçün Türkiyəyə təşəkkür edib.

Rusiya prezidenti Vladimir Putin, Sant-Peterburqda reallaşan Beynəlxalq İqtisadi Forumunda təşkil edilən enerji iclasındakı çıxışında Cənub Axın təbii qaz boru xəttinin öz iqtisadi sahəsindən keçməsinə icazə verdiyi üçün Türkiyəyə təşəkkür edib.

"Türkiyə hökuməti son günlərdə öz iqtisadi sahəsindən Cənub Axın təbii qaz boru xəttinin keçməsinə icazəsi verib. Biz Türk ortaqlarımıza təşəkkür edirik" – deyən Putin, Qara dənizin altından Cənub Axın təbii qaz boru xətti və Baltik dənizinin altından da Şimali Axınla Avropa bazarına yeni xəttlərlə çıxacağını söyləyib.

Şərqi Sibir, Yamal bölgəsi, Sahalin adaları və digər enerji bölgələrində yeni investisiyalara başlandığını bildirən Putin, yeni enerji yolları ilə enerji ərzi təhlükəsizliyinin artdığına da diqqət çəkib.

Dünyanın ən böyük enerji şirkətlərinin nümayəndələri ilə bir araya gələn Putin, Rusiyanın enerji sərmayələri baxımından qanuni infrastruktur və istehsala hazırlaşdığını qeyd edib. Xarici şirkətləri enerji sahəsində yalnız sərmayə qoymaları üçün çağırmadıqlarını vurğulayan Putin, sonradan görüləcək işlərə də uzun müddətli zəmanət təmin edildiyini söyləyib.

Rusiyada investisiya baxımından yerli və xarici şirkətlərin bərabər şərtlərə sahib olduqlarını deyən Rusiya prezidenti, yerli şirkətlərə aid hər hansı bir ayrı-seçkilik etməyəcəyinə dair zəmanət verib.

2012-ci ilin dekabrında Cənub Axın təbii qaz boru xəttinin Qara dənizin altından keçəcək hissəsi ilə əlaqədar əsas addımın atılması gözlənilir. İllik 63 milyard kub metr təbii qaz daşınması planlaşdırılan xətt 16,5 milyard avroya başa gələcək.

Cənub Axını dənizdən irəliləyəcək qisiminin 50 fayizinə Qazprom, 20 fayizinə İtalyan ENİ, 15 fayizlik hissələrinə isə Alman Wintershall Holding GmbH və Fransız EDF sahib olacaq.

Putin Türkiyənin Cənub Axın icazəəsini Enerji və Təbii Qaynaqlar Naziri Taner Yıldızdan aldığını və Türkiyədən yeni il hədiyyəsi aldığını söyləyib. Putin görüşdə Türklərin etibarlı ortaq olduqlarını bir daha vurğulayıb.

Sizin Reklam Yeriniz