Əlaqə Arxiv
news Image
2014.05.01
19:46
| A A A
Nurçuluq probleminə birdəfəlik son qoyulacaq
Fəthullah Gülənsiz Hizmət hərəkatının fəaliyyət göstərə biləcəyi inandırıcı sayılmır

Türkiyə siyasi gündəmini zəbt edən və hələ də tam səngiməyən nurçuluq probleminə yaxın tezlikdə birdəfəlik son qoyula bilər. Hər halda hadisələrin inkişaf axarı prosesin məhz bu istiqamətdə olajağını istisna etmir. Məsələ bundadır ki, hazırda nurçuların lideri olan Fəthullah Gülənin Türkiyəyə ekstradisyası və istintaaq cəlbi istiqamətində müvafiq addımlar atılır. Xatırladaq ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan da Fəthullah Gülənin qaytarılması üçün hüquqi prosesin başlayacağını söyləyib.

Bundan əvvəl də Türkiyə baş naziri ABŞ-ın Fətullah Güləni deportasiya etməli olduğunu bildirmişdi. O bildirib ki, 17 dekabr və 25 dekabrda atılan addımlar zərbə cəhdinə çevrilib: "Bu, bir zərbə cəhdi idi. Vətəndaş zərbəsi. Bunu etdilər. Əgər mən bu baş verənlərə qarşı səssiz qalmış olsaydım, hadisələr çox fərqli yerlərə gedə bilərdi. ABŞ bunları deportasiya etməlidir. Mən Amerikanın təhlükəsizliyini təhdid edənlərə nə edərsəm, strateji tərəfdaşımız olan ABŞ da bizim milli təhlükəsizliyimizi maraqlandıran addımlar atmalıdır".

Beləliklə, Türkiyə ABŞ-da yaşayan Fəthullah Gülənin ekstradisiya edilməsinə nail olmaq niyyətindədir. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Amerikanın PBS yayım şirkətinə verdiyi müsahibədə də ABŞ-ın Güləni Türkiyəyə ektradisiya edəcəyinə ümid etdiyini bildirib. Ərdoğan Vaşinqtonun "nümunəvi tərəfdaş" kimi məsələni həll edəcəyinə inandığını vurğulayıb: "Onlar azı onu deportasiya etməlidir".

ABŞ dövlət katibinin sözcüsü Cen Psaki isə Fətullah Gülənin deportasiya edilməsi haqda məsələyə aşağıdakı formada münasibət bildirib: "Belə mövzularda gözləmə mövqeyində olmağı üstün tuturuq. Rəsmi müraciətin edilib-edilmədiyi haqda heç bir söz deyə bilmərəm. Təəssüf ki, bu mövzularda deyə biləcək az söz var". Jurnalistlər Cen Psakidən F.Gülənin ABŞ vətəndaşı olub-olmadığını soruşub. ABŞ rəsmisi bu haqda da heç bir söz deyə bilməyəcəyini deyib: "Lakin inanmıram ki, o, ABŞ vətəndaşıdır".

74 yaşlı Fəthullah Gülən 1997-ci ildən ABŞ-ın Pensilvaniya ştatında könüllü mühacir kimi yaşayır.Onun siyasətdə və ədliyyədə çoxlu sayda tərəfdarları olduğu güman edilir. Gülənin dünyanın 150 ölkəsində xeyli tərəfdarı və pərəstişkarı olan Hizmət hərəkatının yaradıcısı kimi tanınır. Lakin Türkiyədə son aylarda cərəyan edən hadisələr Hizmət hərəkatının dövlətçilik üçün təhlükə mənbəyi ola biləcəyini göstərir. Xatırladaq ki, Azərbaycanda da bu hərəkat özünə dayaqlar yaratmağa cəhd göstərib. Lakin onların yaraad biləəcyi təhlükə vaxtında önlənilib. İndi hesab edilir ki, Fəthullah Gülənin ekstradisiya edilməsinə nail olduqdan sonra Türkiyə nurçuluq problemini birdəfəlik həll edə biləcək. Çünki Fəthullah Gülənsiz bu cərəyanın fəaliyyət göstərə biləcəyi inandırıcı sayılmır.

Hazırda isə Fəthullah Gülən ekstradisiya edilməsindən ehtiyatlanaraq qabaqlayıcı addımlar atır. Məlumdur ki, bir müddət əvvəl Fətullah Gülən bir sıra ölkələrdən siyasi sığınacaq istəyib. Gülən və köməkçiləri ilk olaraq Yeni Zelandiya hökumətinə üz tutublar. Yeni Zelandiyanın mənfi cavab verəcəyi ehtimalını nəzərə alaraq Fətullah Gülən eyni anda Kanadaya da siyasi sığınacaq üçün müraciət edib. Lakin onu müsbət cavablar almadığı bildirilir.

Bir məsələni də qeyd edək ki, Türkiyə dövləti Fəthullah Gülənin pasportunu ləğv edib. Qeyd edək ki, 2000-ci ildə Fəthullah Gülən haqqında cinayət işi açılıb. O, Türkiyə Cümhuriyyətini yıxmaq üçün silahsız terror dəstəsi qurmaqda ittiham olunur. Bu günlərdə iəs yenidən məlum olub ki, Ankara Prokurorluğunda Fətullah Gülən barəsində istintaq başlanıb. Gülən barəsində Terrorla Mübarizə Qanunun 10-cu maddəsi ilə əlaqədar olaraq istintaqın başladığı bildirilir. Verilən məlumata görə, Gülən və "paralel yapı" adlanın qruplaşmanın üzvlərinin Türkiyə hökumətini devirmək təşəbbüsü ilə birlik yaratmaları haqqında məlumatlar da istintaq materiallarının içinə əlavə edilib.

Xatırladaq ki, yaxşı təhsil almış Gülən tərəfdarları Türkiyədə müxtəlif dövlət və hökumət qurumlarında mühüm vəzifələrə təyin olunublar. Gülən hərəkatı öz təhsil müəssisələri, biznes və sivil cəmiyyət qurumları vasitəsilə beynəlxalq aləmdə də geniş təmsil olunub. Lakin Türkiyədə ötən ilin dekağrında baş verən hadisələr Gülən tərəfdarlarının məkrli niyyətlərini və ciddi təhlükə mənbəyi olduqlarını üzə çıxarıb. Gülən camaat indi hazırkı Türkiyə hökumətlə açıq ixtilafdadır. Onu da qeyd edək ki, Gülən hərəkatı "Risale-i Nur" əsərinin bəzi hissələrini müasir türkçəyə çevirərək dərc edib. Xatırladaq ki, həmin kitab Azərbaycanda qadağan olunub. Nurçuların əsas proqramı hesab olunan ədəbiyyat 2012-ci ilin sonundan etibarən Azərbaycanda qadağan edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyd olunan vaxtdan etibarən qadağan olunmuş ədəbiyyatın hazırda Azərbaycana gətirilməsi də qadağandır.

Sizin Reklam Yeriniz