Əlaqə Arxiv
news Image
2014.05.02
08:41
| A A A
Kreml Xəzəri yenə gərginlik mənbəyiən çevirir
Iki yeni hərbi gəmi Xəzər donanmasının tərkibinə veriləcək

Şimal qonşumuz xəzərdə yenə gərginlik yaratmaqda davam edir. Bu məqsədlə Kreml dənizə əlavə hərbi qüvvələr yeridir. Son məlumatlara görə, Rusiya Xəzər donanmasını daha iki yeni hərbi gəmi ilə gücləndirir. Rusiya ordusunun Cənub hərbi dairəsindən yayılan məlumata görə, iyunun sonlarında iki yeni hərbi gəmi Xəzər donanmasının tərkibinə veriləcək.

Məlumatda bildirilir ki, söhbət korvet tipli iki raket gəmisindən gedir. "Uqliç" və "Qrad Sviyajsk" adlı gəmilər bütün testlərdən uğurla keçib. Gəmilər gəmi-yer, gəmi-gəmi tipli raketlər və zenit raket kompleksləri ilə təchiz olunub. Ötən ilin avqustundan aparılan sınaqlar zamanı gəmilərdən çoxhədəfli "Kalibr NK" raketlərinin dörd buraxılışı həyata keçirilib. Cənub dairəsindən bildirildiyinə görə, bu ilin sonuna qədər Xəzər donanması daha iki hərbi gəmi ilə təchiz olunacaq. 2020-ci ilə qədər isə daha üç iri hərbi gəmi donanmanın tərkibinə veriləcək. Bundan əvvəl Rusiya Xəzər donanmasına güclü silah sistemləri ilə təchiz olunmuş "Dağıstan" raket gəmisini daxil etmişdi. Son illər Rusiya durmadan Xəzər donanmasını gücləndirir.

Belləiklə, Xəzərin hərbləşdirilməsinin yolverilməz olduğu dəfələrlə gündəmə gətirilsə də, görünən odur ki, buna əməl etmək istəməyən bəzi sahilyanı ölkələr dənizi daha sürətlə militaristləşdirirlər. Xatırladaq ki, hazırda Xəzəryanı ölkələr arasında Xəzərdə hərbi qüvvələr nisbəti faktiki olaraq Rusiyanın xeyrinədir. Belə ki, hazırda Rusiyanın Xəzərdə 15 müasir hərbi gəmisi var. Bu hərbi gəmilər düşmən hədəflərini asanlıqla məhv etməyə qadir olan və böyük dağıdıcı güc hesab edilən "Bastion" raket kompleksləri və "Yaxont" qanadlı raketləri ilə təchiz edilib. Ekspertlər iəs hesab edirlər ki, əslində, Moskva, eləcə də Tehran Xəzərri hərbləşdirməklə, burada güc nümayiş etdirməklə dənizdə geosiyasi maraqlarnı heç kimə güzəştə getməyəcəklər. Bu geosiyasi maraqların əsas hədəflərindən biri isə "Transxəzər" layihəsinin reallaşmasına qarşı çıxmaqdır. Alternativ mənbələrdən eneji alınmasına getdikcə daha çox ehtiyac dyuan Avropa məhşur "Transxəzər" layihəsini reallaşdırmaqda israrlı görünür. Lakin Xəzərəin hərbləşdirilməsi bunun qarşısıın alır.

Xatırladaq ki, bu günlərdə Rusiya donanması Xəzər dənizində əvvəlcədən elan olunmamış hərbi təlimlər də keçirib. Baş verənlər həm də dənizin statusuun müəyyən olunmasında problemlər yaradır. Xatırladaq ki, Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran tərəfindən əhatələnən Xəzər sahilinin ümumi uzunluğu 7000 kilometri keçir. Xəzərin qapalı bir hövzə olması onun statusunun dəniz, yoxsa göl olması ilə bağlı qeyri-müəyyənlik yaradıb. Neft və təbii qaz ehtiyatları baxımından çox zəngin olması və kəşf edilməsini gözləyən çoxlu sayda neft-təbii qaz yatağının olması Xəzərin statusunu ön plana çıxarır. Xəzər dənizinin hüquqi statusunu təyin edilməsi zamanı 3 əsas yanaşma ortaya çıxıb. Bunlardan birincisi, beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır. İkinci yanaşma isə 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə Müqaviləyə uyğun olaraq hər bir ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır. Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşma isə dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan dövlətlər Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir.

Sizin Reklam Yeriniz