Əlaqə Arxiv
news Image
2014.05.03
20:05
| A A A
Saakaşvili: “Nə qədər tezdir Putin bu yoldan əl çəksin”
Putin hazırda elə böyük bir oyunda iştirakçıdır ki, ya iddialarından əl çəkməlidir, ya da hər şeyi itirəcək". 

Bu sözləri Gürcüstanın keçmiş rəhbəri Mixail Saakaşvili öz Facebook səhifəsində qeyd edib. 

Movqe.az xəbər verir ki, Saakaşvili Ukraynaya dəstək verdiyini bildirib.

O, qeyd edib ki, Ukraynanın qətiyyəti Putinin inadlarına qalib gələcək. Saakaşviliyə görə, Putin nə qədər hər şeyi itirməyib, tutduğu yoldan dönməlidir.

Qeyd edək ki, Mixail Saakaşvili son zamanlar Rusiyaya qarşı bir çox bəyanatlar verib. Onun sön bəyanatı isə antirusiya siyasətilə seçilib: 

"Getdikcə daha çox adam anlayır ki, bu, düzgün hal deyil. Rusiya bu addımları ilə separatizmi leqallaşdırmağa çalışır. Bu, Gürcüstanda və bütövlükdə regionda baş verən vəziyyətə oxşayır. Getdikcə daha az ölkə Rusiyanı hərəkətlərinə görə dəstəkləyir".


Sizin Reklam Yeriniz