Əlaqə Arxiv
news Image
2014.05.03
21:01
| A A A
Putinin başına 100 milyon dollar mükafat qoyuldu
Rusiya prezidenti Vladimir Putini məhv edənə 100 milyon dollar mükafat ayrıldı. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ukraynanın Dnepropetrovsk vilayət sədrinin müavini Boris Filatov Rusya prezidentini fiziki olaraq yox edənə və ya dövlət rəhbərliyindən düşürənə 100 milyon dollar mükafat verəcəyini verəcəyini bəyan edib.

Dnepropetrovsk vilayət sədri "Privat" bankının sahibi İqor Kolomosyki daha öncə də silahını təhvil verənə 1000 dollar, işgal edilən binanın boşaldılması qarşılığında isə 200 min dollar mükafat verəcəyini açıqlamışdı.

Kolomoskiyin köməkçisi Ukraynada qardaş qırğınının qarşısının alınmasını Putinin yox olmasında gördüyünü bildirərək, Rusiya dövlət başçısının fiziki olarak yox edənə və ya dövlət başçılığından düşürənə 100 milyon dollar mükafat verəcəyini açıqlayıb.

Mükafatı qazanmaq istəyənin 5 maya qədərr vaxtı var. Yəni, təklif 5 maya qədər keçərlidir. 

Putinin öldürülüb-öldürülməyəcəyini Allahın işidir, amma onun başına qoyulan mükafat sosial mediada böyük reaksiyaya səbəb olub.
Sizin Reklam Yeriniz