news Image
2014.05.05
13:22
| A A A
Əli Həsənov: “Türkiyədən başqa normal qonşumuz yoxdur”

"Bəziləri deyirlər ki, ermənilərin Azərbaycana səfər etməsi düzgün deyil, mən bununla razılaşmıram"

 "ABŞ, Avropa enerji resurslarımızdan bəhrələnir. Bəs Dağlıq Qarabağ məsələsində niyə ədaləti müdafiə etmirlər? Rusiya ilə də, İranla da münasibətlərimiz normaldır. Bəs niyə Dağlıq Qarabağ məsələsində bizə real dəstək vermirlər? Deməli, onlara belə lazımdır".

 

Movqe.az-ın məlumatına görə, bunu Heydər Əliyevin doğum gününün 91-ci ildönümü münasibətilə çəkilmiş, Fizuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğaldan azad olunmasından bəhs edən "Böyük qələbəyə inamla" sənədli filminin təqdimatında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

 

Ə. Həsənov qeyd edib ki, adı çəkilən ölkələrin mənlikləri çatsın, tutduqları mövqeyin əsl səbəbini bir dəfə açıq desinlər: "Ona görə də güvənc yerimiz dövlətimiz, xalqımız, prezidentimizdir. Lazımi qədər texnikası, yetərli sursatı olmayan ordumuz Heydər Əliyevin rəhbərliyi ilə Horadizi, 22 kəndi azad etdi. Bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordusudur və prezident İlham Əliyev əmr verəcəyi halda, Göyçə və Zəngəzur da azad ediləcək. Ermənistanda hakimiyyətdə olanlardan başqa, qalanları səfalət içərisindədir. Heç olmasa, acından ölən insanlarının xatirinə düz yolu gəlsinlər. Mən bu yaxınlarda Avropa Şurasından böyük bir jurnalist qrupunu qəbul etdim. Dedim ki, niyə erməni jurnalist gətirməmisiniz? Gəlib, hər şeyi görsünlər. Bəziləri deyirlər ki, ermənilərin Azərbaycana səfəri düzgün deyil. Mən bununla razılaşmıram, gəlib Azərbaycanın inkişafını görsünlər, bəlkə bunların nəticəsində Ermənistanda həqiqəti dərk edəcəklər, çevriliş olacaq".

 

Ə. Həsənov bildirib ki, Türkiyədən başqa normal qonşumuz yoxdur: "Hamının gözü bura dikilib, hamı istəyir ki, sərvətlərimizdən bəhrələnsin. Azərbaycanın müstəqilliyini saxlamaq çox çətindir, bu, Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində mümkün olub".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs