news Image
2014.05.06
07:33
| A A A
Düşmən ölkədə hakimyyət dayaqları laxlayır
Hatəm Cabbarlı: “Ermənistanda hakimiyyət dəyişikliyi son 20 ildə əsasən Rusiyanın razılığı ilə baş verib”

Son günlər İrəvan daxilində ictimai-siyasi proseslərin stabil məcarada getmədiyi özünü aydın göstərir. Ölkədə etiraz aksiyaları səngimir. Hazırkı iqtidara qarşı etirazların daha bir təməli ötən ildən qoyulub. Belə ki, uzun müddətdir, Serj Sarkisyanın siyasəti eks prezident Robert Köçəryanın tənqidilə qarşılanır. Əvvəlki prezident indiki rəhbərliyin ölkəni uçuruma doğru apardığını iddia edir. Bu fonda hətta Ermənistanda bəzən inqilabdan da söz açılır. Bir çox siyasi təhlil müəllifləri Köçəryan-Sarkisyan ixtilafını "Ermənistanı inqilaba aparan yol" kimi qiyəmtləndirirlər.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirdi ki, aprelin 3-də Ermənistanın baş nazirinin istefa verməsindən sonra Ermənistan daxili ictimai siyasi həyatında bəzi yeni nüanslar ortaya çıxdı: "Tiqran Sarkisyan 6 illik baş nazirlik dövründə prezident S. Sarkisyanla uyum içərisində işlədi. Amma Ermənistanın Gömrük Birliyinə üzv olacağı barədə bəyanat verməsi T. Sarkisyanın istefa verməsi ilə nəticələndi. Hər nə qədər 6 ildə S. Sarkisyan ilə aralarında ciddi fikir ayrılığı və ya problem yaşanmasa da, T. Sarkisyanın istefası Ermənistanın Gömrük Birliyinə üzv olması ilə əlaqələndirilir. Burada müəyyən qədər həqiqət var. Ancaq bütün bunlara baxmayaraq, son bir ayda Ermənistanın daxili ictimai-siyasi həyatında tam qırılma nöqtəsi yaşanmadı. Lakin bunun olacağı da istisna deyil".

Politoloqun fikrincə, Ermənistanda indilikdəS. Sarkisyanı hakimiyyətdən düşürəcək siyasi qüvvə yoxdur: "Onu sala biləcək Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın adı keçə bilər. Amma o da son prezident seçkilərində ciddi təzyiqlərə məruz qaldı. Hətta o cür təzyiqlərə məruz qaldı ki, prezident seçkilərində namizdəliyini vermədi. Əslində, Qaqik Çarukyanın Ermənistanda hakimyyətə qarşı çevriliş edəcəyi və hakimyyətə gələcəyi istisna olunur. Çünki, hər nə qədər müxalifət partiyaları arasında Çiçəklənən Ermənistan Partiyası Ermənistanda ən güclü partiya olsa da, əslində xalq arasında dəstəyi zəifdir. Düzdür, müxalifət partiyalarının əksəriyyəti hakimyyətə gəlməyə iddialıdır. Onlar hakimiyyətə müxtəlif üsullarla təzyiq göstərirlər. Məsələn, sosial-iqtisadi islahatların həyata keçirilməsi, təhlükəsizliyin təmin olunması, korrupsiyanın qarşsının alınması kimi sosial və iqtisadi məsələləri ön plana çıxararaq Ermənistan hökumətinə təzyiq göstərirlər. S. Sarkisyana hakimiyyətdən devirə biləcək bir güc varsa, belə bir fikir ortaya çıxır ki, Ermənistanda yeni siyasi qüvvə formalaşıb. Bu siyasi qüvvə də Ermənistan Respublika Partiyasından çox Rusiyanın dəstəyini alır. Lakin Ermənistan hakim partiyası Rusiyanın bütün tələblərini qeyri-şərtsiz yerinə yetirir.

Onu da xüsusi ilə qeyd etmək lazımdır ki, Ermənistanda hakimiyyət dəyişikliyi son 20 ildə əsasən Rusiyanın razılığı ilə baş verib. Rusiyanın dəstəkləmədiyi bir siyasi fiqurun hakimiyyətə gəlmə ehtimalı olduqca zəifdir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs