Əlaqə Arxiv
news Image
2014.05.06
11:28
| A A A
Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqlayıb

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə dörd əsas prioriteti olacaq.


Bunlar korrupsiya ilə mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikultiralizm, təhsil, xüsusən də insan hüquqları sahəsində təhsil məsələsidir. Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

 

Nazir müavini bildirib ki, sədrlik müddətində Azərbaycanda 20-dək tədbirin  keçirilməsi nəzərdə tutulub. Bakıda Avropa Şurası Parlament Assambleyası Daimi Komitəsinin və Bürosunun iclasları keçiriləcək, korrupsiya ilə mübarizə mövzusunda böyük konfrans təşkil olunacaq.

 

Mahmud Məmmədquliyev qeyd edib ki, Strasburqda keçiriləcək tədbirlərdə də Azərbaycan sədr olaraq iştirak edəcək: "Artıq Avropa Şurası ilə Azərbaycan arasında 2014-2016-cı illər üçün yeni fəaliyyət planı təsdiqlənib. Bu yaxınlarda Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın Bakıya  səfəri gözlənilir. Bu səfər çərçivəsində fəaliyyət planı rəsmi olaraq təqdim olunacaq. Şübhəsiz ki, müəyyən məsələlər var və onlar müzakirə ediləcək. Hesab edirəm ki, həm Azərbaycanın sədrliyi, həm yeni fəaliyyət planının həyata keçirilməsi ölkəmizlə Avropa Şurası arasında əməkdaşlığı və  tərəfdaşlığı gücləndirəcək".

 

Qeyd edək ki, Azərbaycan mayın 14-dən etibarən AŞ Nazirlər Komitəsində sədrliyə başlayır. Bu ilin noyabrında sədrlik Azərbaycandan Belçikaya keçəcək. 


 

Sizin Reklam Yeriniz