news Image
2012.06.28
10:34
| A A A
Merkel və Hollande AB zirvə görüşündən əvvəl bir araya gəldi
Movqe.Az "Euronews"a istinadən bildirir ki, Avropa Birliyi liderləri Avro Bölgəsini sarsıdan borc krizini müzakirə etmək üçün Brükseldə görüşməyə hazırlaşırlar. Kritik zirvə görüşü əvvəli Almaniyanın Baş naziri Ancela Merkel Fransa Prezidenti François Hollande ilə Parisdəki "Elysee" Sarayında bir araya gəliblər. İki lider iqtisadi inkişafın canlandırılması üçün investisiyaların artırılması və maliyyə büdcə intizamının təmin edilməsi mövzusundakı fərqli baxışları aradan qaldırmağa çalışıblar. Hollande, Avro təhvili çıxardılmasını istəyərkən, iqtisadi inkişafın canlandırılması üçün investisiyaların artırılmasına prioritet verilməsinin lazım olduğu fikirindədir. Merkel isə maliyyə büdcə intizamını təmin etmək üçün xərclərin qətiliklə aşağı salınmasının lazım olduğuna inanır. Ancela Merkel, Alman Parlamentində etdiyi çıxışında borc krizini dərhal sona çatdıracaq sehirli bir düsturun olmadığını söyləyib.

Avropa Birliyinə üzv olan 27 ölkənin hökumət və dövlət başçıları Brükseldəki liderlərin zirvə görüşündə bir araya gələcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs