news Image
2012.06.29
12:28
| A A A
Obamanın zəfəri

Movqe.Az bildirir ki, ABŞ Prezidenti Barak Obamanın həyata keçirmək istədiyi ən əhəmiyyətli yenilik sayılan sağlamlıq islahatı Yüksək Məhkəmədə təsdiq edilib. Artıq ABŞ-da hər kəs sağlamlıq sığortası etdirmək məcburiyyətində olacaq. Respublikaçıların "sosialist islahat" dediyi paketin təsdiqlənməsi, seçkilər əvvəli "Obamanın zəfəri" kimi elan olunub. Bundan üç yarım il əvvəl prezidentlik taxtına oturan Barak Obama, vədlərindən ən əhəmiyyətlisi sayılan sağlamlıq islahatı ilə noyabr ayındakı seçki əvvəli çox əhəmiyyətli bir zəfər əldə edib. Ağ Evin bütün ABŞ vətəndaşlarına sağlamlıq sığortası etdirmə məcburiliyi gətirən və 2010-cu ildə Konqressdən keçən qanun islahat qanunu, Respublikaçılar tərəfindən Yüksək Məhkəməyə aparılmışdı. Müxalifətin "sosialist islahat" deyə günahlandırıb konstitusiyaya zidd olduğunu bəyan edib sağlamlıq paketini hüquqi qiymətləndirməyə tabe tutan Konstitusiya Məhkəməsi, kritik qərarı dünən verib. Məhkəmə, hər kəsə sağlamlıq sığortası edilməsində mühakimə cəhətdən bir qorxu görmədiyi kimi, bununla razılaşmayanlara cəza verilməsini də konstitusiyaya zidd olmadığını açıqlayıb. Məhkəmə Başçısı Con Roberts, qərarla bağlı olaraq etdiyi yazılı şərhdə, sağlamlıq siğortasını yerinə yetirməyənlərə cəza verilməsi düsturunun "bir vergi olaraq qəbul edilməsi lazım olduğu"nu bildirib. Hakim, bu cür vergilərin də konstitusiyaya zidd olmadığını açıqlayıb.

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs