Milli Məclis “İctimai televiziya və radio yayımı haqqında” Qanuna dəyişikliklər edib
İctimai Televiziyanın Yayım Şurasının səlahiyyətləri artırılıb, kanalın yayım proqramları siyahısından “seriallar” sözü çıxarılıb
Azərbaycan Milli Məclisi "İctimai
televiziya və radio yayımı haqqında" Qanuna dəyişikliklər
edib. APA-nın məlumatına
görə, qanun layihəsi barədə məlumat verən parlamentin Mədəniyyət
komitəsinin sədri Nizami Cəfərov bildirib ki, qanuna 11 dəyişiklik
təklif olunur.
Dəyişikliyə əsasən, ictimai yayım proqramlarından "seriallar" sözü çıxarılıb. Yeni varianta əsasən dünya ölkələrinin ən yaxşı sənədli, bədii və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və Azərbaycan dilində subtitrlərlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.
Qanuna edilmiş digər əlavəyə əsasən İctimai Televiziyanın Yayım Şurasının səlahiyyətləri də artırılıb. Şuraya texniki avadanlıqlarını və yayımın keyfiyyət standartlarını müəyyənləşdirmək səlahiyyəti verilib.
İctimai yayım xidmətinin maliyyələşmə mənbələrinə abonent haqqından daxil olmalarla yanaşı dövlət büdcəsindən ayırmalar da daxil edilib.
Qanun layihəsinə dəyişikliklər səsə qoyularaq qəbul edilib.