Əlaqə Arxiv
news Image
2014.06.02
10:45
| A A A
Azərbaycan müdafiə nazirinin NATO-ya səfəri başlayıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri komandanı və ABŞ-ın Avropadakı Qüvvələri komandanı general Filip Bridlavın dəvəti ilə iyunun 2-də Belçika Krallığına rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, səfər zamanı keçiriləcək görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək.

Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olacaq.

Z.Həsənov, həmçinin NATO-nun baş katibi Anders Foq Rasmussenin dəvəti ilə NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində iyunun 4-də keçiriləcək növbəti görüşdə iştirak edəcək.

Sizin Reklam Yeriniz