Əlaqə Arxiv
news Image
2014.06.04
09:00
| A A A
Ermənilər Azərbaycaan qarşı kimyəvi təxribatlara başlayır
Məqsəd Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesini pozmaqdır

Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesinin yenidən aktivləşdiyi bir dönəmdə erməni rəhbərliyi yeni təxribat ssnerilərini işə salmağa hazırlaşır. İndiki status-kvonun saxlanılması üçün İrəvan belə görünür, istənilən addıma getməyə hazırdır. Belə bir vaxtda məlumatlı mənbələrdən əldə edilən xəbərlərə əsasən, son aylar Ermənistan silahlı qüvvələri kimyəvi silah ehtiyatı toplayır. Söhbət artıq Ermənistanın bir dəfə Azərbaycana qarşı tətbiq etmə təcrübəsi olan sianiddən gedir.Xatırladaq ki, 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən zəhərli kimyəvi başlığı olan mərmi və güllələrin istifadə edilməsini təsdiq edən sənədli materiallar var. Məsələ ilə bağlı day.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sianid ehtiyatı toplaması barədə bu günlərdə Ermənistanda olan Rusiya qızılçıxarma şirkətlərindən birinin əməkdaşı məlumat verib. Adının açıqlanmamasını xahiş edən mənbənin sözlərinə görə, Ararat qızıl emalı fabriki nədənsə sianid qalıqları olan çəlləkləri ölkənin qeyd olunan zonalarındakı hərbi hissələrə verir.

Məsələ burasındadır ki, Ermənistanın əsasən xarici investorlara məxsus olan qızılçıxarma sənayesində sianid maddəsi çox geniş istifadə olunur. Mənbənin fikrinə görə, görünən odur ki, hansısa xüsusi hərbi məqsədlər üçün sianid ehtiyatı toplamaq lazımdır. Ararat vilayəti Türkiyə, Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonları ilə sərhəddə yerləşir. Ermənistanın Türkiyə ilə sərhədini Rusiyanın Federal Təhlükəsizlik Xidməti qoruyur. Erməni hərbçiləri isə Azərbaycan ilə sərhəddə yerləşiblər. Həmin ərazidən Naxçıvan Muxtar Respublikası üçün həyati əhəmiyyət kəsb edən Arpaçay keçir. Burada Ermənistan silahlı qüvvələrinin kimyəvi hücum hədəfi ola biləcək çoxsaylı yaşayış məntəqələri yerləşir. Xarici şirkətlər Ermənistandan olan biznes tərəfdaşlarının hərəkətlərindən narahatlıq keçirirlər. Axı Ermənistan hərbçilərinin Naxçıvana sianidlə bağlı yönəlmiş hər hansı manipulyasiyaları, qızıl çıxaranların özlərinin reputasiyasına mənfi təsir edə bilər ki, bu da öz növbəsində Azərbaycana problemlər yarada bilər.

Sözsüz ki, Ermənistanda sianid olmasını qızıl çıxaran şirkətlərin maraqları ilə əsaslandırmaq olar. Ancaq Azərbaycanla sərhədə yaxın hərbi hissələrdə sianid ehtiyatları toplamaq tamam fərqli məqsədlərdən xəbər verir. İstisna olunmur ki, ermənilər ölkəmizə qarşı kimyəvi təxribatlaar əl atsın. Bu isə faktiki olaraq Qarabağ münaqişəsilə bağlı danışıqlara son verilməsi demək olajaq.

Status-kvonun qorunmasında maraqlı olan İrəvan anlayır ki, rezini daha da dartmaq alınmayacaq - güc balansı Ermənistanın tərəfində deyil. Belə bir situasiyada hadisələrin inkişafının ən fərqli variantları, o cümlədən Azərbaycana qarşı asimmetrik hərəkətlər Ermənistan hakimiyyətinin kuluarlarında müzakirə olunur. Görünür, Azərbaycana qarşı bu asimmetrik cavab zəhərli kimyəvi maddələrin tətbiqi ola bilər. Yuxarıda qeyd olunduğu kimi, məlumatlı mənbələrdən əldə edilən xəbərlərə əsasən, son aylar Ermənistan silahlı qüvvələri kimyəvi silah ehtiyatı toplayır. 20 il sonra danışıqlar prosesində gözəştə getmək istəməyən Ermənistan rəhbərliyi, Azərbaycana qarşı kimyəvi silah tətbiqinin "uğurlu" təcrübəsini yada salır və bu istiqamətdə fəaliyyət həyata keçirir. Ümid etmək istərdik ki, beynəlxalq ictimaiyyət bu fakta diqqət yetirəcək və Ermənistanın kimyəvi hazırlığını dayandıracaq. Çünki bu hazırlıq region üçün ciddi ekoloji fəlakətlərə səbəb ola bilər.

O da məlumdur ki, Mənbəyini işğal altındakı Azərbaycan torpaqlarından götürən çayların ermənilər tərəfindən qarşısının kəsilməsi və ya başqa istiqamətlərə axıdılması işğal olunmamış ərazilərdə bu su hövzələrinin sahillərində yaşayan insanlar üçün ciddi çətinliklər və təhlükə törədir. Hazırda Ermənistan ordusunun nəzarəti altında olan Azərbaycan torpaqlarından irili-xırdalı 15-ə yaxın çay axıb gəlir. Hamısının da suyu əkin sahələrinin suvarılmasında və əhalinin içməli suya tələbatında istifadə olunur. Təcrübədə var ki, ermənilər dəfələrlə həmin çaylara axıtdıqları kimyəvi maddələrlə işğal olunmamış ərazilərdə insanların sağlamlığına, mal-qarasına, əkin sahələrinə zərər vurmağa cəhd ediblər.

Sizin Reklam Yeriniz