Əlaqə Arxiv
news Image
2014.06.05
11:06
| A A A
Qarabağda antiterror əməliyyatları başlanır…
Fikrət Sadıxov: “Qarabağı azad etmək bizim müqəddəs borcmuzdur” Üzeyir Cəfərov: “Ukrayndakı hadisələr Azərbaycana öz ərazisində antiterror əməliyyatlarına başlaması üçün çox gözəl imkan verib”

Separatçılıq problemi ilə üzləşən Ukraynada bu məsələnin həlli üçün genişmiyaslı antiterror əməliyyatlarına start verilib. Qərb ölkələri bu əməliyyatları dəstəkləyir və Ukraynaya lazımi yardımlar etməyə də hazır olduqlarını bəyan edirlər. Bu istiqamətdə ABŞ və Avropa tərəfindən praktiki addımlar da atılır. Elə bunun nəticəsidir ki, Ukrayna ordusunun antiterror əməliyyatları genişlənir. Ukrayna Antiterror Əməliyyatları qərargahının informasiya şöbəsinin rəhbəri Vladislav Seleznyov belə əməliyyatların birində separatçıların 300 nəfər itki verdiyini bildirib: "Terrorçuların bu qəsəbələr ətrafındakı blokpostları dağıdılıb. İndi orda qvardıyamızın əsgərləri keşik çəkir. Bir çox separatçı hərbi formanı çıxarıb, mülki vətəndaş görkəmi ilə əməliyyat zonasını tərk etməyə çalışır".

Onun sözlərinə görə, terrorçuların möhkəmləndiyi Semyonovka və Qırmızı Liman Ukrayna ordusunun tam nəzarətinə keçib. Hazırda antiterror əməliyyatları davam edir.

Ekspertlər bu fonda Azərbaycanın da Qarabağda antiterror əməliyyatlarına start verməsini mümkün sayırlar. Politoloq Fikrət Sadıxov məsələ ilə bağlı bildirdi ki, əslində, Dağlıq Qarabağ məsələsini heç bir münaqişələrlə müqayisə etmək lazım deyil: "Qarabağı azad etmək bizim müqəddəs borcmuzdur. Bunu Ukrayna gedən proseslərlə əlaqələndirmək düzgün olmazdı. Amma digər reallıq da ondan ibarətdir ki, bir tərəfdən Krımın işğalı erməniləri çox sevindirib. Digər tərəfdən başqa həqiqəti də görürük. Rəsmi Kiyev separatçılara sərt mövqe nümayiş etdirir. Demək olar ki, orada separatçılığın təşkilatlanmasına imkan vermir. Kiyev öz sözünü deyir və deməlidir. Bununla da Ukrayna məsələsində Qərblə Rusiya arasında geosiyasi qarşıdurma daha sərtləşir. Biz həmişə Dağlıq Qarabağ və onun ətrafında olan rayonların boşalmasına hazır olmayalıyıq. Ancaq təəssüflər olsun ki, aparıcı dövlətlər müəyyən sədd qoyub. Uzun illər ərzində faktiki olaraq, ikili standartlar nümayiş etdirilir. Bunun da bir sıra səbəbləri var. Əsas səbəbkarı Rusiyadır. Bu gün Rusiyanı o qədər zəif dövlət hesab edə bilmərik ki, hərbi əməliyyatlara başlayaq. Bilirik ki, Ermənistan Rusiyayanın dəstəyindən istifadə edir".

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Ukrayndakı hadisələr Azərbaycana öz ərazisində antiterror əməliyyatlarına başlaması üçün çox gözəl imkan verib: "Əvvəla, Qərb Ukraynanı sözdə və bəzi sənədlərdə dəstəkləyir. Azərbaycan isə BMT-nin Təhlükəsizlik Şurasını 4 məlum qətnaməsini, o cümlədən Qərbin Ukraynadakı hadisələrdən məhz Rusiyanı qınamasını, antiterror əməliyyatlarının Ukraynanın daxili işi olmasını əldə rəhbər tuta bilər. Buna heç kim heç nə deyə bilməz. Bütün dünya artıq Rusiyanın addımlarını gördü. Azərbaycan Qarabağda antiterror əməliyyatına başlasa, diplomatik addımlardan başqa Rusiya və digər ölkələr Azərbaycana heç bir söz deyə bilməz. Torpaqlarını azad etmək Azərbaycanın təbii haqqıdır. Biz kiminsə ərazisinə qoşun göndərmirik. Biz 20 il dözdük. Dövlət olaraq gözlədik ki, Qərb və digər ölkələr Ermənistana təsir göstərəcək. Ermənistan isə Azərbaycan ərazilərindən qoşunlarını geri çəkəcək. Çünki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində açıq şəkildə göstərilib ki, erməni silahlı birləşmələri işğal etdikləri Azərbaycan ərazilərindən qeyri-şərtsiz geri çəkilməlidir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan antiterror əməliyyatlarına başlamalıdır. Demirəm, bunu kobud şəkildə həyata keçirək. Hər bir halda Ukrayna məsələsi bizim üçün çox gözəl şansdır. Biz Ukraynaya minnətdar olacağıq ki, Rusiyanın iç üzünü açıb göstərdi. Rusiya ATƏT-in Minsk qrupunda guya həmsədrdir. Amma işağlçıya əvəzsiz silahlar verir. Onun hər vəziyyətini dəstəkləyir. Ukraynadakı hadisələr bir daha təsdiqləyir ki, dövlətlər separatçılarla amansız mübarizə aparmalıdır. Bunun başqa yolu yoxdur. Bir neçə separatçını qondarma respublikalar adı ilə ortaya buraxanda Ukrayna kimi böyük tarixi olan dövlət nə etməlidir?! Ukrayna Krım məsələsində öz istəyinə çatacaq. Amma istərdim ki, Azərbaycan Ukraynadan da əvvəl öz ərazi bütövlüyün bərpa etsin".

Sizin Reklam Yeriniz