news Image
2014.06.05
17:33
| A A A
Ziyafət Əsgərov Səudiyyə Ərəbistanını da Xocalı soyqırımını rəsmən tanımağa çağırdı

Rəsmi Ər-Riyad Azərbaycanın haqlı mövqeyini həmişə dəstəkləyəcək.


Movqe.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvlərinin Milli Məclis (MM) sədrinin 1-ci müavini Ziyafət Əsgərovla iyunun 5-də keçirilən görüşündə bildirilib.


Z.Əsgərov qeyd edib ki, hər iki ölkə terrorizmə qarşı birgə fəal mübarizə aparır.


Ermənistanın 1993-cü ildən bəri Azərbaycanda 30-dan çox terror aktı və Xocalı soyqırımını törətdiyini xatırladan  birinci vitse-spiker vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı bu soyqırımını tanıyıb və öz qətnaməsində bütün üzv ölkələrə eyni addımı atmağı tövsiyə edib.


Səudiyyə Ərəbistanını da bu soyqırımı rəsmən tanımağa çağıran Z.Əsgərov BMT-nin qətnamələrinə baxmayaraq, Ermənistanın 1988-93-cü illərdən işğal etdiyi Azərbaycan ərazilərini hələ də nəzarətində saxladığını qeyd edib.


O, ölkəmizin ərazi bütövlüyünü dəstəklədikləri üçün Səudiyyə Ərəbistanı parlamentarilərinə minnətdarlığını bildirib.


Birinci vitse-spiker iki ölkə arasında münasibətlərin intensiv inkişaf etdiyini, dostluq əlaqələrinin daha da möhkəmləndiyini söyləyib.


Qeyd olunub ki, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişləndirilməsi üçün müvafiq sənədlər imzalanmağa hazırlanır.


Dostluq Qrupunun rəhbəri Abdulla İbn Muhəmməd Ən-Nasir isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı həmişə sülhün təmin olunmasını dəstəkləyir.


"Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü pozulub. Ermənistanın təcavüzkar ölkə olmasıyla bağlı Səudiyyə Ərəbistanının mövqeyi qəti, birmənalı və dəyişməzdir" - deyən Dostluq Qrupunun  rəhbəri bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs