news Image
2014.06.07
07:21
| A A A
Qarabağa görə Ermənistanda hakimiyyət dəyişdirilir
Düşmən ölkə Rusiyanın onun arxasından çəkilməsindən, Azərbaycanla yaxınlaşmasından ciddi təşviəş düşüb

Azərbaycan və Ruüsiya arasında artan təmaslar, xüsusən hərbi sferada qurulan əlaqələr Ermənistanda getdikcə daha böyük narahatlıq predmetinə çevrilməkdədir. Ermənistanın ehtiyat etdiyi əsas məqam odur ki, baş verənlər Rusiyanın Qarabağ münaqişəsinin həllində Bakının yanında yer almasına gətirib çıxaracaq. Bunun üçün lazım gələrsə, Kremlin İrəvanda növbəti hakimiyyət dəyişikliyini reallaşdıra biləcəyi də səslənən iddialar sırasında yer alır.

Məhz belə bir vaxtda Rusiya Xarici İşlər Nazirıiyinin Azərbaycanı Moskvanın strateji partnyoru adlandırması Ermənistanda böyük narahatlıq və ajiotaj yaradıb. Çiçəklənən Ermənistan Partiyası bu bəyanatla bağlı Rusiyadan açıqlama tələb edib. Partiyanın parlament fraksiyasının rəhbəri, AŞPA nümayəndə heyətinin üzvü Naira Zohrabyan bəyan edib ki, Ermənistan XİN-i məsələyə aydınlıq gətirməlidir: "XİN indiyə qədər Nazarbayevin Avrasiya İttifqaının iclasında Azərbaycan prezidentinin məktubu ilə bağlı dediyinə heç bir reaksiya vermir. Bizm diplomatlar deyir ki, "Azərbaycan Rusiya münasibətlərini şərh etmirik". Hesab edirəm ki, Rusiya strateji tərəfdaşı elan etdiyi Ermənistana bununla bağlı müvafiq cavab verməlidir. Ancaq bizim XİN susur və bu çox müəmmalıdır". Ermənistanın İrs Partiyasının baş katibi Stepan Safaryan isə bəyan edib ki, Ermənistan üçün fövqəladə təhlükəli vəziyyət yaranıb: "Rusiya bizi öz düşmənləri ilə əməkdaşlq etməyə qoymur, amma özü düşmənlərimizlə tərəfdaşlıqdan imtina etmir".

Maraqlıdır ki, belə bir vaxtda Ermənistanda Serj Sarkisyan iqtidarından narazılıq artır və onu mənsub olduğu Qarabağ klanının hakimiyyəti təhvil verməsinin zərurilyi gündəmə gəlir. Belə ki, bir qrup narazı erməni İrəvanda Hökumət Evinin önündə növbəti aksiyalarını keçirib. Aksiya iştirakçıları dövlətin onlara qarşı laqeyd münasibətindən narazı düşüblər. Məsələn, Amiryan küçəsindəki evlərdən birinin sakini, Qarabağ müharibəsi veteranı küçəyə atılmasından gileyli olduğunu yerli mətbuat orqanlarının diqqətinə çatırıb. Onun sözlərinə görə, iqtidar nümayəndələrindən birinin bu küçədə mehmanxana tikdirmək istəyi onların küçəyə atılması ilə nəticələnib: "Biz evlərimizdə rahat yaşayırdıq. Bu qarabağlı qəddarlar gəldikdən sonra hamımız evimizdən qaçqın düşmüşük, bizi zor gücünə bayıra atırlar. Ölkə deyil ki... Bu Qarabağ klanı devrilməyincə, qaçqın həyatı yaşayacağıq".

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da hazırkı prezident Serj Sarkisyanı tənqid atəşinə tutub. Ermənistanın iyunun 15-dək Avrasiya İqtisadi İttifaqına qoşulması üçün Serj Sarkisyanın Rusiya, Belarus və Qazaxıstan prezidentlərinə müraciətini şərh edən Ter-Petrosyan bildirir: "Sarkisyan ona görə tələsir ki, onun hakimiyyətinin legitimliyi bundan sonra Rusiyadan asılıdır. Çünki Ermənistan ittifaqa tamhüquqlu üzv kimi yox, "alçaldılmış təbəə" kimi daxil olur. Serj Sarkisyan Avrasiya İttifaqına tələsik daxil olmaq və prezident Putinin rəğbətini qazanmaq xətrinə istənilən güzəştə, Rusiyanın təklif etdiyi istənilən sənədi şərtsiz qəbul etməyə, istənilən təhqiri həzm etməyə hazırdır. O, qaz müqaviləsini köləcəsinə susaraq qəbul etdi. Gömrük İttifaqına daxil olmaq üçün bir həftə ərzində lazımi sənədləri qəbul etdi, bu ittifaq çərçivəsində dəfələrlə alçaldı.

Nazarbayevin Qarabağla bağlı Astandakı bəyanatı isə son alçalma oldu. Sarkisyan üçün bu bəyanat gözlənilməz oldu və Ermənistanın cavabı çoxdan hazır olsa da o, Nazarbayevə cavab verə bilmədi. Bu məsələni Lukaşenko da, Nazarbayev də ötən il oktyabrın 25-də Minskdəki sammitdə qaldırmışdılar. İki gün keçəndən sonra uzaqdan-uzağa lovğalıqla "bəyanat xoşagələn və düzgün deyildi" deyəndə daha da alçaldı və gülməli vəziyyətə düşdü. Amma bunu yerində deməyə risk etmədi. Nə qədər ki, ölkəni Serj Sərkisyanın başçılıq etdiyi rejim idarə edir, Ermənistan vaxtaşırı belə təhqirlərə məruz qalacaq".

ERməni mediasında yayılan digər iddiaya görə isə, Rusiya Sarkisyanı hakimiyyətdən göndərməyə hazırlaşır. Məsələ ilə bağlı "axar" portalı Ermənistan mətbuatına istinadən bildirir ki, Sarkisyanın həm yüksək dairələr, həm də xalq arasında etibarının kəskin aşağı düşüb:

"Ruslar artıq Sarkisyanı hakimiyyətdə saxlamaq niyyətində deyil. Səbəb isə çox sadədir. Sarkisyan rusların tələbini ödəmir. Üstəlik isə Sarkisyan xalq arasında bütün etibarını itirib. Xalqa Moskva ilə bütün əlaqələri düzəldəcək şəxs lazımdır. Sarkisyan isə hələlik Azərbaycana uduzub. Çünki Putini artıq Azərbaycan daha çox cəlb edir. Bir növ Rusiyanın Qafqazda ən ağır gedişi məhz Azərbaycan üzərində olacaq. Bakı isə bundan çox gözəl istifadə edəcək. Buna görə də daha iradəli siyasətçi İrəvanda hakimiyyətə gətiriləcək ki, Azərbaycanla danışıqlara getsin və Putinin söz verdiklərini yerinə yetirsin". O da iddia olunur ki, Putin işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasına razıdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs