Əlaqə Arxiv
news Image
2012.07.02
16:23
| A A A
Amerika Azərbaycana silah satışını dayandırdı

Ermənistanın "Panorama.am" saytı Amerika Erməni Assambleyasına (AAA) rəsmi saytına istinadən xəbər verir ki,ABŞ Dövlət Departamenti yaxın gələcəkdə silah satacağı ölkələrin siyahısından Azərbaycanın adını çıxarıb. Sayt bildirib ki, ABŞ Konqresinin xarici əlaqələr palatasından demokrat Qovard Bermanın təhriki ilə bu addım atılıb. O, bildirib ki, bu silahları prezident Əliyev Ermənistana və Dağlıq Qarabağa qarşı istifadə edə bilər

Lakin "Dövlət katibi Klintonun bu qərarı erməni xalqının və regionun sülh maraqlarından irəli gəlir", Qovard Berman belə deyib və bildirib ki, bununla bağlı Dövlət Departamentindən ona yazılı məlumat verilib.

Qeyd edək ki, Amerika Erməni Assambleyası Qovard Bermana buna görə təşəkkür edib: "Azərbaycana bu silahın satışı bu ölkənin hökümətini daha militarist və aqressiv hərəkətlərə sovq edə bilərdi. Bu da Qarabağ probleminin sülh yolu ilə həllinə mane olardı, regionda sülhün bərqərar olması da çətinləşərdi".

"Panorama.am" qeyd edir ki, Qovard Berman mayin 29-da Dövlət Departamentinə Azərbaycana silah satışının durdurulması ilə bağlı müraciət edib

Sizin Reklam Yeriniz