news Image
2014.06.11
16:00
| A A A
Rəsmi Bakı Avrasiya İttifaqına qoşulmaq niyyətində olmadığını bəyan edib
Azərbaycanın hələlik Avrasiya İttifaqına qoşulmaq niyyəti yoxdur. Biz hələlik bu barədə düşünmürük".

Movqe.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.


Ermənistanın Avrasiya İttifaqına qoşulmasına gəlincə, PA rəsmisi Azərbaycanın bununla bağlı heç bir narahatlığının olmadığını açıqlayıb: "Bununla bağlı narahatlığımız üçün heç bir əsas yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı mövqeyini bildirib. Bu mövqe Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən həmin iclasda ortaya qoyulub. Ermənistan da o tələblərə uyğun olaraq hansı quruma üzv olur-olsun, özünün suveren hüququdur. O, BMT-yə, Ümumdünya Ticarət Təşkilatına üzv olduğu şərtlərlə istənilən təşkilata qoşula bilər. Başqa söhbət ola bilməz! Bu, bizim tələbimizdir və o da yerinə yetiriləcək".


N.Məmmədov bir sıra KİV-də guya Ermənistanın yenidən Azərbaycan ərazilərinə, xüsusən də Naxçıvana hücum edəcəyi ilə bağlı yayılan xəbərləri şayiə adlandıraraq onlara münasibət bildirməyə lüzum görmədiyini deyib: "Bunlar hamısı şayiələrdir. Mən isə şayiələrə mövqe bildirmək istəmirəm. Belə şayiələri elə Ermənistan tərəfindən müxtəlif dairələr özləri qəsdən yayırlar ki, biz də ona mövqe, münasibət bildirək və bunu ictimaiyyətin beyninə yeritmək üçün çalışsınlar. Ona görə də mən hətta media nümayəndələrindən xahiş edərdim ki, belə məsələlərdə həssas olsunlar. Bilsinlər ki, haradan təxribat xarakterli fikirlər, mövqelər gələ bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs