Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Amerikalı senator: “Azərbaycanın inkişaf etməsində maraqlıyıq”
 
 
news Image
2014.06.12
16:26
| A A A
Amerikalı senator: “Azərbaycanın inkişaf etməsində maraqlıyıq”

ABŞ Azərbaycanı regionda özünün vacib dostu hesab edir.


Bu səbəbdən də biz Azərbaycanın inkişaf etməsində maraqlıyıq.

 

APA-nın məlumatına görə, bunu ABŞ Konqresinin Helsinki komissiyasında Azərbaycan üzrə dinləmələr zamanı senator Ben Kardin bəyan edib.

 

Qarabağ nizamlanmasından danışan senator qeyd edib ki,  münaqişə regiondakı sabitliyə böyük maneədir:

"Biz təhlükəsizlik sahəsində irəliləyiş görmək istəyirik. "Status–kvo" isə qəbulolunmazdır".

 

B.Kardin bildirib ki, Azərbaycan və ABŞ BMT Baş Assambleyasının sessiyasında Ukraynanın ərazi bütövlüyünə səs verib.

 

Gələcək əməkdaşlıqdan danışan senator qeyd edib ki, ABŞ Azərbaycanı sabit və çiçəklənən ölkə kimi görmək istəyir.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs