Əlaqə Arxiv
news Image
2014.06.23
18:45
| A A A
Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə ediblər

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.


AzərTAc xəbər verir ki, söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin siyasi, iqtisadi, humanitar, hərbi-texniki və digər sahələrdə uğurla inkişaf etməsi məmnunluqla qeyd olunub, yüksək səviyyəli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.


Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib, münaqişənin həllində Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiya Federasiyasının rolu qeyd olunub.


Dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Sizin Reklam Yeriniz