Əlaqə Arxiv
news Image
2012.07.04
20:35
| A A A
Kiyevdə etirazçılar polislə toqquşdu
Rus dilinin statusuna görə Kiyevdə etirazçılar polislə toqquşdu

Ukraynanın paytaxtı Kiyevdə polis Rus dilinin statusunu gücləndirən qanuna etiraz edən yüzlərlə feəalın iştirak etdiyi aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Toqquşmalar Prezident Viktor Yanukoviçin çıxış etməyə hazırlaşdığı "Ukrayna Evi" binasının önündə baş verib. Yanukoviçin Regionlar Partiyası tərəfindən hazırlanmış yeni qanun parlamentdə ötən gün bir sıra düzəlişlərlə qəbul olunmuşdu. Bundan sonra Ukrayna parlamentinin spikeri Volodymyr Lytvyn istefa verdiyini elan edib. Litvinin müavini Mykola Tomenko da istefa ərizəsi yazıb. Yeni qəbul olunmuş qanun Rus dilinə "regional dil" statusu verir. Tənqidçilər ehtiyyat edirlər ki, bu qanun Ukraynanın suverenliyini heçə endirə bilər və Ukraynanı Moskvanın təsir dairəsinə qaytara bilər. Qanuna görə, Ukrayna dili ölkənin rəsmi dili statusunu saxladığı halda, Rus dili rusdilli regionlarda məhkəmə, xəstəxana və digər strukturlarda işlədilə bilər. Qanun prezident Yanukoviş tərəfindən imzalanandan sonra qüvvəyə minəcək, tənqidçilər Yanukoviçi Moskvanın yaxın müttəfiqi sayırlar. Yanukoviç toqquşmalara görə bu günə təyin olunmuş çıxışını təxiərə salıb. O istafalar məsələsini müzakirə etmək üçün parlament və fraksiya liderlərini dəvət edib. Müxbirlərə görə çərşənbə günü keçirilmiş etiraz aksiyalarında 1,000-dək fəal iştirak edib. Yeni qanuna görə, bölgənin azı 10% əhalisi müəyyən dildən istifadə etdiyi halda, yerli rəsmilər həmin dildən "regional dil" kimi istifadə edə bilərlər.

Sizin Reklam Yeriniz