news Image
2012.07.05
14:56
| A A A
chr("39")Bir neçə dəqiqədə ABŞ-ı vurarıq"

İrandan, neft embarqosundan sonra gərginliyi yüksəldəcək bir açıqlama gəlib. Movqe.az xəbər verir ki, Tehran rəhbərliyi, hər hansı bir hücum vəziyyətində Yaxın Şərqdəki ABŞ bazaları və İsrailin hədəf alınacağını deyib.

Nüvə proqramına görə, İrana beynəlxalq təzyiq olunarkən, bölgədə gərginlik artmaqdadır. Avropa Birliyinin neft embarqosunun qüvvəyə minməsindən sonra uzun mənzilli mərmi sınaqlarına başlayan İrandan bu gün də sərt açıqlamalar gəlib. Tehran rəhbərliyi: "hər hansı bir hücum vəziyyətində bir neçə dəqiqə içində Yaxın Şərqdəki ABŞ bazalarının və İsrailin hədəf alınacağını"ı bildirib.

"İSRAİL VƏ ABŞ HƏDƏFİMİZDİR"

İnqilab Gözətçiləri Havaçılıq Vahid Komandiri Əmir Əli Zadeh isə "Bütün Amerikan və İsrail,  hədəfimizdədir" ifadəsini işlədib.

Zadeh: "Hücum sonrası bazaları yox etmək üçün quracağımız və mərmilərimizi yerləşdirəcəyimiz bölgələri təyin edib" – deyə söyləyib.

TÜRKİYƏ DƏ HƏDƏFDƏDİR

İran, uzun mənzilli mərmilərinin 2 min kilometr mənzilli olduğunu bildirib. ABŞ-ın bölgədə Türkiyə, Bahrain, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Əfqanıstan və Qırğızıstanda hərbi bazaları var.

HƏRBİ ƏMƏLİYYAT MASADA

İsrail tərəfi söyləyib ki, diplomatiya uğursuz olarsa nüvə proqramını dayandırmaq üçün İrana əsgər hərəkati təşkil edəcək. Vaşinqton da hərbi əməliyyat daxil olmaqla bütün variantların  masada olduğunu qeyd edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs