Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Qarabağ məsələsində Türkiyə vasitəçiliyi…
 
 
news Image
2014.07.05
07:50
| A A A
Qarabağ məsələsində Türkiyə vasitəçiliyi…
Rufiz Qonaqov: “Yaxşı olardı ki, regionun digər lider dövlətlərindən Türkiyə də Minsk qrupu formatında iştirak etsin” Taryel Faziloğlu: “Azərbaycan bütün vasitəçilikdən imtina etməli, qısa bir zamanda antiterror əməliyyatlarına başlayaraq ərazisində nəzarəti bərpa etməlidir”

Son zamanlar regionda baş verən siyasi, hərbi proseslər dondurulmuş münaqişələrin yenidən alovlana biləcəyini istisna etmir. Həmin münaqişələr sırasında isə Dağlıq Qarabağ problemi də yer alır. Münqişənin sülh yolu ilə həllini üzərinə götürən ATƏT-in Minsk qrupu isə bu illər ərzində hələ ki ciddi bir nəticə əldə edə bilməyib. Odur ki, zaman-zaman Minsk qrupundan imtina və ya formatının dəyişdirilməsi məsələləri gündəmə gətirilir. Xüsusi ilə də Fransanın əvəzlənməsi təklifləri vaxtaşırı səslənir. Onu əvəzləyəcək ölkə kimi daha çox Türkiyənin adı hallanır. Ancaq digər dövlətlərin də burada yer ala biləcəyini söyləyənlər az deyil. Məsələ, Ukraynada baş verən hadisələr fonunda yenidən aktuallaşıb və münaqişənin tezliklə həlliən nail olmaq üçün ehtiyac olarsa, format dəyişiklyiən getmək də mühüm sayılır.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov bildirdi ki, ATƏT-in Minsk qrupu üzərinə düşən missiyanı yerinə yetirə bilmədi: "Sözsüz ki, bu günə qədər Minsk qrupu bu formatda nəyəsə nail ola bilmədisə, bundan sonra da nəyəsə nail ola bilməyəcək. Çünki, ABŞ-Rusiya-Fransa formatı artıq iflasa uğrayıb. Ona görə də danışıqlar səngiyib. Əvvəllər Minsk qrupunun formatı çərçivəsində prezidentlərin görüşü olurdu. Amma sonradan bu formatda olan dövlətlərin fəaliyyətsizliyi ucbatından danışıqlar prosesi səngidi. ATƏT PA-nin Bakıda keçirilən son toplantısında da Azərbaycan nümayəndə heyətindən olan Azay Quliyev bir daha bildirdi ki, məsələ ilə bağlı ədalətli format yaranmalıdır".

Rufiz Qonaqov əlavə etdi ki, münaqişənin həlli üçün ilk növbədə iri dövlətlərin iradəsi ortaya qoyulmalıdır: "Həmin dövlətlər problemin həllini istəməlidirlər. Formatda qardaş Türkiyəni də görmək olar. Fransanın dəfələrlə ədalətsiz mövqeyi, ABŞ və Rusiyanın qəti mövqeyinin olmaması formatı doğrultmadı. Sözsüz ki, Rusiya olmadan problemin həlli mümkün deyil. Ancaq yaxşı olardı ki, regionun digər lider dövlətlərindən Türkiyə də Minsk qrupu formatında iştirak etsin. Hətta Avropanın hansısa neytral dövləti də prosesə cəlb oluna bilər. Amma Fransanın formatda iştirakı düzgün deyil. Çünki, həmişə Ermənistanı müdafiə edir. Formatda yenilik olmadan münaqişənin sülh yolu ilə həlli çətin olacaq".

Politoloq Taryel Faziloğlu isə qeyd edir: "Azərbaycan bütün vasitəçilikdən imtina etməli, Ermənistan ilə bütün danışıqlara son qoymalıdır. Qısa bir zamanda antiterror əməliyyatlarına başlayaraq öz ərazisində nəzarəti bərpa etməlidir. Nə qədər ki Azərbaycan Qarabağ problemi ilə bağlı Ermənistanı qarşı tərəf seçəcək, məsələ həlli o qədər uzanacaq. Prosesdə Ermənistanın faktiki olaraq iştirakı var, ancaq hüquqi iştirak etmir. Ona görə beynəlxlq hüquqda biz bir çıxmaza gedirik. 20 ildir ki, ATƏT başımızı qatır. Məqsəd bəllidir. Qarabağ probleminin uzanması demək olar ki, bir çox ölkələrə sərf edir. Qarabağdan Azərbaycana şantaj vasitəsi kimi istifadə edirlər".

Politoloq bildirdi ki, kim olursa-olsun, vasitəçilik ortaya çıxdığı andan Qarabağ məsələsi uzanacaq: "Çünki, burada beynəlxalq hüququn hansısa konkret maddəsi işləmir. Türkiyənin kürd, İspaniyanın Kataloniya məsələsində heç kəs onlara qarışmırsa, Qarabağ məsələsində də başqa bir dövləti qarşı tərəf olaraq qəbul edilməsinə baxılmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs