news Image
2014.07.11
07:04
| A A A
Dinlərarası savaşa yol açan nntimüsəlman meyllər
Mayis Gülalıyev: “Enerji təhlükəsizliyi problemi ciddiləşdikcə, müsəlman ölkələrinə qarşı olan aqressivik də güclənir” Zərdüşt Əlizadə: “Xristianların təzyiqinin artması onunla izah olunur ki, müsəlman dünyasından müqavimət yoxdur”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev müqəddəs Ramazan ayının 11-ci günündə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. Görüş zamanı Azərbaycanın üzv olduğu bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını müdafiə etdiyini deyən İlham Əliyev beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlığın artırılmasının vacibliyinə diqqət çəkib. O, həmçinin Avropanın bəzi ölkələrində islamafobiyaya qarşı adekvat münasibət göstərilmədiyindən təəssüfləndiyini deyib: "Bəzi ölkələrdə antimüsəlman meyilləri güclənir və aidiyyəti dövlət qurumları adekvat tədbirləri görmürlər. Biz öz tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini, tarixi haqqında Avropa ictimaiyyətini geniş şəkildə məlumatlandıraq, göstərək ki, İslam sülh, mərhəmət dinidir".

Politoloq Mayis Gülalıyev bildirdi ki, Prezident İlham Əliyevin çıxışı çox obyektiv və cəsarətli bir çıxış oldu: "Bilirik ki, Qərbdə İslam ölkələrinə qarşı gizli müharibə gedir. Belə bir anda Prezidentin müsəlman ölkələrinin açıq şəkildə müdafiəsinə qalxması çox cəsarətli və strateji əhəmiyyəti olan çıxışdır. Ancaq bilirik ki, antimüsəlmançılığın tarixi bu günlə bağlı deyil. Bu, min ildən yuxarı dövrü əhatə edir. İndi də gizli şəkildə texnologiyalar, iqtisadi rıçaqlar vasitəsi ilə Qərb dövlətləri tərəfindən müsəlman cəmiyyətlərinə qarşı mübarizə davam etməkdədir. Dünyada enerji təhlükəsizliyi problemi ciddiləşdikcə, müsəlman ölkələrinə qarşı olan aqressivik də güclənir. Çünki, enerji problemi o qədər ciddiləşib ki, yaxın 30 ildə dünyanın eneji xəritəsi dünyanın siyasi və mədəni xəritəsinə ciddi təsir göstərə bilər. Belə bir vəziyyətdə Qərbin hazırki məqsədi enerji ehtiyatlarını öz nəzarətinə almaqdır. Bununla da ABŞ və əlaltıları müsəlman ölkələrini nəzarəti ələ keçirməyə çalışır. Çünki, dünyanın əsas enerji resursları müsəlman ölkələrindədir. Məhz buna görə müsəlman ölkələrini zəiflətməyə can atırlar".

Politoloq əlavə etdi ki, həmin qüvvələrin müsəlman ölkələrinə qarşı ümumi xarici siyasəti bir neçə mərhəliyə bölünür: "İlk mərhələdə nə qədər mümükndürsə, onun hakimiyyət zümrəsini ələ keçirməkdir. Əgər bu mümkün olmursa, hakimyyətdəki şəxslərə qarşı iftiralar, təzyiqlər edirlər ki, hakimyyətlə xalq arasında qarşıdurma yaransın. İkinci mərhələ həmin ölkələri mümkün qədər iqtisadi cəhətdən zəiflətməkdir. Sonrakı mərhələlərdə isə daha uzaq dövrü əhatə edən təhsil və səhiyyəsini məhv etmək durur. Dayanıqlı inkişaf olmasın deyə, fundamental elmləri məhv edirlər. Bu iki yolla ölkələri ələ keçirmək mümkün olmursa, silahlı münaqişələrə əl atırlar. Son 1000 ildə eyni proses gedir. Ancaq müsəlman dövlətlərinə qarşı belə siyasətin həyata keçirilməsi sonda dünyanın özünün təhlükəsizliyinə böyük təhdid yarada bilər. Bu gün Qərb ölkələrinin ən uzağa yönələn strateji məsələlərdən biri fundamntal elmlərin hamı üçün əl çatan olmamasıdır. Kiçik ölkələr də 21-ci əsrdə fundamental elmləri inkişaf etdirə bilməzlər. Beləliklə də onlar böyük ölkələrdən geridə qalırlar. Çünki, bunun üçün ciddi infrastruktur, maliyyə bazası olmalıdır".

Digər politoloq Zərdüşt Əlizadə də bildirir ki, antimüsəlman meyllərinin artması indiki zamanın hadisəsi deyil: "Ta qədimdən başlanan prosesdir. İslam dini yaranandan başqa dinlərin əsasında dövlət qurmuş siyasi qüvvələr İslam dinini rədd ediblər. Vaxtı ilə İslamın yüksəliş dövrü olub. Daha sonra isə öz tənəzzülünü yaşadı.Təxminən 400 il Osmanlı xilafəti ilə xristian dünyası mübarizə aparıb. Sonradan Qərb dünyası Osmanlı xilafətini parça-parça qoparda bildi. Hətta indiki Türkiyənin ərazasinin parçalanması planı da var idi. Yəni, antimüsəlmançılıq siyasəti həmişə davam edib. Son zamanlar isə artıq Qərb dünyasının qarşısını heç nə saxlamır. Xristianlar müsəlman dünyasını parçalayıb, hökm sürə bilir. Belə bir şəraitdə xristianların təzyiqinin artması onunla izah olunur ki, müsəlman dünyasından müqavimət yoxdur. Özləri elə edirlər ki, müsəlman dünyasının müqaviməti çox səmərəsiz həyata keçmiş olsun. Məsələn, təzyiqləri vəhhabilər, sələfilər timsalında görə bilirik. Bunlar isə keçmişə məhkum, gələcəyi olmayan üsullarlarla hərəkət edirlər. Bununla da İslam dünyasını gözdən salırlar. Artıq dinlərarası münaqişni görürük. Həm də bu münaqişəyə 1400 ildir ki, davam edir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs