Əlaqə Arxiv
news Image
2014.07.12
08:05
| A A A
Ermənistanı müharibə əndişəsi bürüyüb
İlham İsmayıl: “Rusiya və müxalifət Ermənistan cəmiyyətini, hakimiyyətini daim gərginlikdə saxlayır” Fikrət Sadıxov: “Azərbaycan Ordusu öz torpaqlarını azad etməyə qadirdirvə bunu xarici ekspertlər də qeyd edirlər”

Ermənilər son zamanlar cəbhə xəttində baş vernlər fonunda öz qorxu və həyacanını gizlədə bilmir. Düşmən mətbuatı indi də informasiya yayıb ki, Azərbaycan sərhəddə əlavə qoşun yeridib, Qarabağı azad etməyə hazırlaşır. Ancaq həqiqətdə hələlik cəbhənin heç bir yerinə Azərbaycan əlavə qoşun yerləşdirməyib. Görünür, bu cür məlumatların yayılmasında Ermənistan hakimyyəti də maraqlıdır. Siyasi şərhçilərin fikrincə, erməni ictimaiyyətində bu cür xəbərlərin yayılmasında məqsəd əlavə provakasiya, özünü yazıq kimi göstərmək, eləcə də müxalifət və Rusiyanın təzyiqlərindən yayınmaqdır.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl bildirdi ki, bu informasiyanı Ermənistanın rəsmi mətbuatı yox, müxalifət mətbuatı yayır: "Bu da müxalif qüvvələr tərəfindən Ermənistanın indiki rəhbərliyinə qarşı təzyiq məqsədi güdür. Çalışırlar ki, belə informasiyalar yazmaqla cəmiyyətdə S. Sarkisyan siyasətinin düzgün olmadığını göstərsinlər. Sarkisyan özü də Argentinada olarkən çıxışında qeyd edib ki, Qarabağda müharibənin başlması mümkündür. Təbii ki, gərginlik var. Gərginlikdən də daha çox Ermənistan tərəfi narahatdır. Elə Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının toplantısında da Ermənistan deputatı bildirdi ki, Ermənistanın müharibə etmək nə istəyi, nə də gücü yoxdur. Bu məsələlərdə Ermənistan Rusiya tərəfindən koordinasiya olunur. Rusiya və müxalifət Ermənistan cəmiyyətini, hakimiyyətini daim gərginlikdə saxlayır. Təzyiq etmək istəyirlər ki, Azərbaycan ilə münasibətləri yaxşılaşdırsın. Bu da Ermənistan üçün arzuolunan deyil. Azərbaycanın bəyanatlar verməsi və hərbi təlimlər keçirməsi onu göstərmir ki, biz müharibəyə hazırlaşırıq. Müharibə tək bizim ixtiyarımızda olsaydı, məsələni çoxdan həll edərdik. Bəzi geopolitik məsələlər var ki, onu nəzərə almaq lazımdır".

Politoloq Fikrət Sadıxov qeyd etdi ki, cəbhədə atəşkəsin mütəmadi pozulması real faktdır: "Atəşkəs hər gün dəfələrlə Ermənistan tərəfindən pozulur. Təbii ki, buna da bir "don" geyindirmək lazımdır. Ermənistan hakimiyyəti öz ictimaiyyətinə təbliğat kampaniyası çərçivəsində bunun izahını vermək istəyir. Çünki, ölənlər, yararlananlar var, faktiki döyüşlər gedir. Digər amil isə həqiqətən Azərbaycan Ordusu öz torpaqlarını azad etməyə qadirdir. Bunu həm dövlət başçımız dəfələrlə öz çıxışında qeyd edib, həm də bu, o qədər real faktdır ki, xarici ekspertlər qeyd edirlər. Ermənistan hakimyyəti təbliğat maşınından istifadə edərək öz ictimaiyyətinə müəyyən mesajlar göndərir ki, guya belə bir müərəkkəb vəziyyətdə Ermənistan çıxış yolları axtarmalıdır: "Onun belə çətin sosial, iqtisadi vəziyyəti əsaslıdır. Guya Ermənistanın bəzi ölkələrin köməkliyinə ehtiyacı var. Onların pis vəziyyətdə qalmasını səbəbləri çoxdur və s.". Əsas səbəblərin məcmusu bunlardan ibarətdir".

Sizin Reklam Yeriniz