news Image
2012.07.06
16:08
| A A A
Hollande: “Əsəd getməlidir”

Movqe.az xəbər verir ki, Fransa prezidenti François Hollande bu günki açıqlamasında Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsinin vacib olduğunu söyləyib. O, Əsədə daha ağır sanksiyalar tətbiq etmək,  müxaliflərə də daha çox dəstək olmaq təklifini irəli sürüb. Parisdə müxtəlif ölkələrin xarici işlər nazirləri ilə Suriyanın Dostları konfransında "Əsəd getməlidir" deyə danışan Hollande "Suriya, qonşuları və bölgədə sülh istəyən bütün ölkələrin mənfəəti üçün Əsədin getməsi lazımdır" deyib. Hollande bölgədə humanitar yardımlar üçün addımlar atılmasınının da əhəmiyyətli olduğunu əlavə edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs