Əlaqə Arxiv
news Image
2012.07.06
19:06
| A A A
İsraildən çaşdırıcı addım

Movqe.az xəbər verir ki, ABŞ-ın, noyabrda öldürülən 24 pakistanlı əsgər üçün üzr istəməsinin Türkiyə ilə İsrail arasındakı gərginliyin aradan qaldırılmasına nümunə olacağını bildirilib.

"Jerusalem Post" qəzetinə danışan İsrailli hökumət səlahiyyətlisi, Türkiyə ilə yaşanan gərginliyi aşmaq üçün səylərin davam etdiyini, Tel Aviv rəhbərliyinin bunu əhəmiyyətli bildiyini deyib. Nümayəndə, ABŞ-ın Pakistandan üzr istəməsinin İsrail üçün də nümunə olacağını qeyd edərək, İsrailin xarici işlər naziri Aviqdor Liebermanın keçən aykı açıqlamasını xatırladıb.

Liberman ABŞ-ı nümunə göstərib

Liberman, ABŞ-ın ölən əsgərlər üçün Pakistandan üzr istəməsinin İsrailin də Mavi Mərmərə hadisəsiylə əlaqədar üzrün istənməsinin məsləyə aid olmadığını söyləyib. İsrailin bu rəftarının Vaşinqtona da ötürülməsini lazım bilən Lieberman: "Pakistanlılar ABŞ-dan üzr tələb edib, Amerikalılar 'Qətiliklə olmaz' deyib. Bu səbəbdən bizə gəlib Mavi Mərmərə mövzusunda üzr diləməmiz üçün təzyiq etdikləri zaman ən yaxşı yoldaşımız olsa belə 'Xeyr' diye bilməliyik. Başqa cür heç kəs sizə hörmət etməz" – deyib.

İsrailli hökumət səlahiyyətlisi, bu məntiqə görə ABŞ-ın üzr istəməsinin İsraili də belə bir addım atmağa məcbur edib etməyəcəyi mövzusunda: "İsrail, Türkiyə ilə yaxınlaşmağa hazırdır. Bu iki tərəfin də qarşılıqlı mənfəətinə aid məsələdir" - deyə danışıb.

Sizin Reklam Yeriniz