news Image
2012.07.06
19:32
| A A A
SOCAR Monteneqroda hərbi bazanı istirahət mərkəzinə çevirəcək


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Monteneqronun Kumbor ərazisindəki "Orijen Battalion" hərbi bazasını icarəyə götürməklə istirahət mərkəzinə çevirəcək.

Gün.AzMonteneqro Hökumətinin saytına istinadən xəbər verir ki, bununla bağlı 90 illik icarə müqaviləsi imzalanacaq.

SOCAR istirahət mərkəzinin inkişafı üçün ilk dörd ildə 52 milyon avro və ya 8 il üçün 258 milyon avro investisiya yatıracaq.

İnvestisiyanın birinci hissəsinin ödənişi başa çatanda icarəçi müqaviləni müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirə biləcək üçüncü tərəfə ötürə bilər.

İcarə haqqı ərazinin 1 kvadratmetri üçün 1 avro və gəlirin 5%-i olaraq hesablanacaq.

Şərtlərə görə, icarəçinin Monteneqroda yerli şirkət yaratmaq hüququ da var.

İstirahət mərkəzinin inkişafı üçün yekun investisiya planı ərazinin öyrənilməsindən sonra qəbul ediləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs