news Image
2012.04.08
00:27
| A A A
Brayza Azərbaycan üçün darıxır
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kəskin dönüş olmayıb"


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Dağlıq Qarabağ nizamlaması üzrə danışıqlarda tezliklə irəliləyişin olacağına inanır. Bu barədə o, jurnalistlərə Bakıda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş tədbirdə bildirib.

"Burada olmadığım müddətdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kəskin dönüş olmayıb. Mən əvvəlki kimi əminəm ki, danışıqlar masası üzərində həmsədrlərin uzun illər ərzində üzərində işlədikləri həyata keçirilə bilən və ədalətli təkliflər durur. Hesab edirəm ki, irəliləyiş iki ölkə liderlərinin (Azərbaycan və Ermənistan) kifayət qədər bir-birilərinə etibar edə biləcəklərini hiss etdikləri vaxt baş tutacaq. Bunun tezliklə olacağına inanıram, lakin bu, prezidentlərdən və əlbəttə ki, cəmiyyətdən asılıdır. Cəmyyət də onların "birlikdə" yaşamalı olduqlarını anlamalıdır", - əvvəllər Minsk qrupunun həmsədri postunu tutan Brayza deyib.

"Mən Azərbaycan üçün hədsiz dərəcədə darıxıram, həm də Pasxa məzuniyyətimi keçirmək üçün buraya gəldiyimə görə şadam. Amerika-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyi şərəfinə bu gözəl qəbul mənə şans verdi və bəxtim gətirdi ki, burada oldum", - o deyib.

Metyu Brayza qeyd edib ki, Azərbaycanda yeni səfirin kim olacağını prezident Obama müəyyən edəcək.

"Mənim öz ideyalarım var, lakin bu, Obamadan asılıdır. Bilirəm ki, bunlar, şübhəsiz ki, ABŞ-Azərbaycan münasibətlərini qarşılıqlı faydalı şəkildə möhkəmləndirəcək son dərəcə bacarıqlı namizəd və ya namizədlər olacaq", - Brayza deyib.

Xatırladaq ki, Brayza Estoniyada Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktorudur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs