Əlaqə Arxiv
news Image
2012.04.08
01:37
| A A A
"Türkiyə Qarabağda susmadığı kimi, ərəb dünyasına da biganə qala bilməz"
Türkiyə prezidenti yerləşdiyimiz coğrafiyanı “soyuq müharibə” məkanına çevirmək səyləri olduğunu deyib

"Türkiyənin Qafqaz, Balkanlar, Yaxın Şərq və Orta Asiyadakı xalqlarla qədim qardaşlıq və əqrəbalıq əlaqələri mövcuddur". Bunu Türkiyə Prezidenti Abdullah Gül Hərbi Akademiya müdavimləri ilə toplantıdakı nitqində bildirib.  İstanbul və Anadolunun bu bölgələrdəki xalqlar üçün ortaq Vətən olduğunu da dilə gətirən A. Gül qeyd edib ki, Türkiyə Dağlıq Qarabağda qardaşlarımız yurd-yuvalarından didərgin salındığı vaxt susmadığı kimi, bu gün də ərəb dünyasında baş verənlərə biganə qala bilməz. Prezident bildirib ki, gələcəyə nikbin baxışlara rəğmən, bölgədə hələ də böyük risk və təhlükələr mövcuddur. Yerləşdiyimiz coğrafiyanı ərəb ölkələri və İranda baş verənlərin fonunda yeni "soyuq müharibə" məkanına çevirmək səyləri də var. "Belə bir şəraitdə Türkiyənin daha fəal aktyor kimi səylərini artırması, xüsusilə diplomatiya sahəsində bütün imkanlardan istifadə olunmasına töhfə verməsi zəruridir. Ankara həm diplomatik fəallığı, həm də ordunun hazırlıq səviyyəsinin gücləndirilməsini sürətləndirməlidir". 

Sizin Reklam Yeriniz