news Image
2014.07.23
10:48
| A A A
Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttindəki yeni zorakılıq faktları ilə bağlı bəyanat yayacaqlar

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki yeni zorakılıq faktlarından narahat olduqları üçün bəyanat yayacaqlar. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

Uorlik qeyd edib ki, o, artıq Minsk qrupunun nümayəndələrini və ATƏT-in baş katibini Dağlıq Qarabağ münaqişəsinə dair son müzakirələr barədə məlumatlandırmaq üçün Vyanaya yollanıb.

Qeyd edək ki, dünən ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

Görüşdə ictimaiyyətə yaxşı məlum olan prinsiplər və eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs